Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtomatlaşdırma
Avtomatlaşdırma — hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə edən və riyazi metodlara əsaslanan proses. Elmi-texniki inqilabın əsas istiqamətlərindən biridir. Avtomatlaşdırmaq – insanın hərəkətlərini şüurluluqdan çıxarıb qeyri-şüuri hərəkətə çevirmək. == Tarixi == Avtomatlaşdırma termini 1947-ci ildən əvvəl işlənməyən, General Motors-un avtomatlaşdırma şöbəsinin əsasını qoyduğu vaxt avtomatik sözündən yaranmışdır. Avtomatlaşdırma hidravlik, pnevmatik, elektikli, elektronik və kompüter sözlərinin daxil olması ilə əsas da birləşməsi ilə yaranmışdır. Müasir zavodlar, təyyarələr və gəmilər kimi mürəkkəb sistemlər adətən bütün bu birləşmiş texnologiyaları istifadə edir. == Obyektləri == İnsanın praktiki fəaliyyəti ilə bağlı istənilən predmet, elmi təqdiqat və layihələndirmə prosedurları, rabitə sistemləri, fasiləsiz xarakterli istehsalatlar, maşınqayırma, neft-qaz, faydalı qazıntıların çıxarılması və s. sənaye sahələri avtomatlaşdırma obyekti ola bilər. Avtomatlaşdırma obyektlərinə qoyulan əsas tələblər bu obyektlərdə gedən proseslərə tam nəzarətin və onların idarə edilməsinin mümkünlüyüdür. == Növləri == Avtomatlaşdırma vasitələri iki sinfə-proqram və texniki (aparat) vasitələr altsistemlərinə ayrılır.
Avtomatlaşdırma prosesi

Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Avtomatlaşdırılma mühəndisliyi
Avtomatlaşdırma mühəndisliyi —mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhlükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər. Avtomatlaşdırma mühəndisləri biliyə, dizayn qabiliyyətinə, yaradıcılığa , sis temin idarə olunamasına malik şəxslərdir. Məsələn: zavod avtomatlaşdırma, proses avtomatlaşdırma minumum sayda heyət tələb olunan və yaxud özləri tərəfindən iş sistemi yaradılan bina və fərdi evlərin avtomatlaşdırılması kimi. == Avtomatlaşdırma alətləri == Hal-hazırda mühəndislər avtomatlaşdırılmış cihazlar üzərində ədədi nəzarətə malikdirlər. Nəticə isə tətbiqetmələrin və insan fəaliyyətinin sürətlə genişlənməsi olmuşdur. Kompüter dəstəkli texnologiyalar (və ya CAx) hazırda mürəkkəb sistemlərin yaradırılması üçün istifadə edilən riyazi və təşkilati alətlərin əsası kimi xidmət edirlər. Kompüter dəstəkli dizayn (CAD) və Kompüter dəstəkli istehsal (CAM) CAx-ın nümunələridir. Kompüter dəstəkli texnologiyalar tərəfindən məhsulların dizaynı, analizi və istehsalının təkmilləşdirilməsi sənaye üçün faydalı olmuşdur. İnformasiya texnologiyaları sənaye maşınları və prosesləri ilə birlikdə dizayn, həyata keçirmə və idarəetmə sistemlərinin nəzarətinə kömək edə bilər.