Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • AYNACIQLAR

    сущ. зоол. зеркальца

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • SUSAXLAYAN

    прил. гидрогеол. водоудерживающий. Susaxlayan adacıqlar водоудерживающие целики

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • AYNACIQ

    is. dan. Kiçik ayna, balaca güzgü. Burada üç çilçıraq, kiçik aynacıqların qabarıq ornamentləri, mozaika və s. nəzərdə tutulmuşdur. “İncəsənət”.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DƏNİZZANBAĞI

    ...oxşayan bir heyvan. Çiçəyə bənzəyən dənizzanbağı dənizin dibində nazik ayaqcıqlar üzərində yırğalanaraq yaşayır. Bu, bitki deyil, heyvandır. “Sualtı

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • YÜKSƏKOKTANLI

    прил. высокооктановый. Yüksəkoktanlı yanacaqlar высокооктановые топлива

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • Mühərik yanacaqları

    ...avtomobil benzini: müxtəlif məqsədlər üçün işlədilən mühəriklər üçün yanacaqlar (məs, qaz – turbin yanacağı, reaktiv mühərik yanacağı, dizel yanacağı

    Tam oxu »
    Neft terminlərinin izahlı lüğəti
OBASTAN VİKİ
Qalıq yanacaqlar
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Reaktiv yanacaqlar
Reaktiv yanacaqlar - Müasir aviasiya əsasən hava-reaktiv mühərriklərlə təchiz olunub (HRM). Belə mühərriklərdə yanacaq kameraya fasiləsiz verilir, bunun nəticəsində yanma prosesi daima gedir. Yalnız mühərrikin işə salınması üçün xaricidən alışma istifadə olunur. Yanma zamanı əmələ gələn qaz məhsulları turbinə daxil olur, orada da istilik enerjisinin bir hissəsi turbinin təkərlərinin fırlanmasının mexaniki işinə çevrilir, bunun da fırlanmasından rotorun kompressoru, yanacaq və yağ nasosları hərəkətə gəlir. Turbindən sonra yanma məhsulları qaz axını şəklində reaktiv kamerasına daxil olur və onun içində genişlənərək təyyarənin uçuşunu təmin edən reaktiv dartma gücü yaradır. == Reaktiv yanacaqlarının əsas xassələri == Reaktiv yanacaqlarının əsas xassələri aşağıdakılardı: tam yanmanı təmin etmək üçün yaxşı buxarlanmalı; təyyarənin uçuşunun nə qədər uzaq olmasını təyin edən yanmanın tam və yanma istiliyinin yüksək olması; yanacağın yanma kamerasına verilməsini təmin etmək üçün yaxşı ötürülmə qabiliyyəti və aşağı temperatur xassələri; yüksək kimyəvi və termooksidləşmə stabilliyi ilə xarakterizə olunan çöküntü əmələ gəlməsinə aşağı meyillilik; materiallarla yaxşı uyğunluq: metallara qarşı aşağı korroziya təsirinə malik olması, rezintexniki məhsullara təsirinin olmaması; İstilik qurğularının çox az sıradan çıxmasını təmin edən yeyilməyə qarşı yüksək xassələrə malik olması; uçuş qurğularının yanacaqdoldurma zamanı onları yanğından mühafizəsi üçün static elektrik yüklərinin yığılmasının qaşısını alan üçün antistatic xassə.HRM üçün müxtəlif fraksiya tərkibli yanacaqlar istifadə olunur: səsaltı aviasiya üçün kerosin tipli, qaynama temperaturu bu intervalda 136-156÷250-2800C (yanacaq TC-1, PT, T-1).TC-1 qarışıq yanacaq: birbaşa qovulmuş (>30%)+ hidrotəmizlənmiş (≤70%), geniş fraksiya tərkibinə malik (60-280oC), benzin-kerosin fraksiyasını (T-2) təmsil edir. Səsüstü aviasiya üçün 165-280oC temperaturda qaynayan (T-8B) 195-315oC temperaturda qaynayan (T-6) == Reaktiv yanacaqlara aşqarlar == Reaktiv yanacaqları üçün aşqarlara olan tələblər: yüksəkeffektivlik (10-4hissə %-ə qədər əlavə edilir); yanacağın xassəsini əsas göstəricilərə görə aşağı salmamalıdırlar; öz effektivliyini uzun müddət saxlamalıdır. === Kristallaşmaya qarşı aşqarlar === Yanacaqlara buz və şeh kristallarının əmələ gəlməsinin qarşısını almaq üçün əlavə edilir. İstifadə olunur: etilsellüloza (“И” mayesi ); tetrahidrofurfuril spirit; onların metanolla 50%-li məhlulları (И-М, ТГФ-М aşqarları). === Antioksidləşdirici aşqarlar (oksidləşmə inhibitorları) === Bu əlavələr yalnız hidrotəmizlənmiş yanacaqlara daxil edilir (РТ, Т-8В, Т-6), hidrogenləşdirmə zamanı parçalanma nəticəsində yanacaqlardan təbii antioksidantları - heteroatomik birləşmələri təmizləyir.
ABŞ-a bağlı kiçik adacıqlar
ABŞ-yə bağlı kiçik adacıqlar (ing. United States Minor Outlying Islands) – ABŞ-nin federal subyektləri xaricində qalan və heç bir daimi sakini olmayan adalardan ibarət əraziləri.
ABŞ-yə bağlı kiçik adacıqlar
ABŞ-yə bağlı kiçik adacıqlar (ing. United States Minor Outlying Islands) – ABŞ-nin federal subyektləri xaricində qalan və heç bir daimi sakini olmayan adalardan ibarət əraziləri.