Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çaynamaz
Namazlıq — dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunan kiçik xalça növü. Namazlıq xalçalar Dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunur. Adətən, namazlıqlar bir insanın namaz qılması üçün nəzərdə tutulurdu. 2-3 və daha çox adamın eyni zamanda namaz qılması üçün nəzərdə tutulan namazlıq xalçalar az-az istehsal olunurdu. Namazlıq xalçalar adətən format etibarilə kiçik xalçalardır (50x100sm-dən 80x130sm-ə qədər). "Namazlıq xalçalar" İslam dininin meydana gəlməsindən sonra toxunmuş xalçalardır. Böyük ölçüdə toxunmuş "Namazlıq xalçaları" adətən "Kollektiv Naşazlıq xalçaları" adlandırılırdı. "Kollektiv Namazlıq xalçaları"nın toxunulmasında əsas məqsəd bir neçə nəfərin eyni zamanda ibadət etməsindən irəli gəlmişdir. Kollektiv Namazlıq xalçalarına xalq arasında "Ailəvi Namazlıq xalçaları"da deyilir. Kollektiv Namazlıq xalçaları adətən, böyük ailələr üçün toxunulurdu (6 – 7 nəfərlik).
Anataz
Anataz — mineral, TiO2 == Haqqında == Anataz - tetraedrik. Krisralları dipiramidal, lövhəvari və prizmatik. Ayrılma {001} və {011} üzrə mükəmməl. Rəngi qonur, qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 3,9. Tək-tək dənələr şəklində peqmatit və şistlərdə, alp tipli damarlarda, səpintilərdə və boksitlərdə rast gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Aynişah Sultan
Aynişah Sultan (1463, Amasya ili – 1514, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aynişah Sultan və anası 1480-ci ildə Trabzon sancaqbəyi təyin edilən qardaşı Şahzadə Abdullahla birlikdə Trabzona, ertəsi il isə Konyaya yollandı. Qardaşının ölümünədək burada qalan Aynişah Sultan və anası daha sonra Bursaya getdi. 1489-cu ildə Aynişah Sultan atasının istəyilə, Ağqoyunlu sultanı Uzun Həsən Osmanlılara sığınan oğlu Uğurlu Məhəmmədlə bibisi Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə nigahlandı. Bir neçə il sonra Şərqi Anadoluda başlayan taxt mübarizəsinə qatılan Gödək Əhməd qısa müddət hakimiyyətdə qaldıqdan sonra 1497-ci ildə qətlə yetirildi. Bu müddət ərzində İstanbulda qalan Aynişah Sultan müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1506-cı ildə Fatehdə sübyan məktəbi inşa etdirdi və vəfatından sonra vəsiyyətinə əsasən, bu məktəbin həyətinə dəfn edildi.