Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədalan (Xoy)
Bədalan (fars. بدلان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Demoqrafiya == === Əhali === 2006-cı il məlumatına görə kənddə 569 nəfər (110 ailə) yaşayır. === Dil və din === Kənd əhalisi Azərbaycan türklərindən ibarətdir. Əsas ünsiyyət vastəsi azərbaycan türkcəsidir. Əhali islam dininin şiə məzhəbində etiqat edir.
Bədavi Hüseynov
Bədavi Hüseynov (11 iyul 1991[…], Kaspiysk, Dağıstan) —Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi olan Bədavi Hüseynov, 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" komandasında mübarizə aparır. Milliyyətcə ləzgidir.Bədavi Hüseynov həmçinin 2012-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 24 oyunda meydana daxil olan Bədavi Hüseynov, karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə Azərbaycan Kubokunun çempionu olub. == Həyatı == Bədavi Hüseynov 11 iyul 1991-ci ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. Bədavi Hüseynov 2007-ci ildə futbol karyerasına yerli "Dağdizel" komandasının heyətində başladı. 2010-cu ilin avqust ayında Bədavi Hüseynov "Anji" komandasının əvəzedici heyətinə transfer olundu. O burada mövsüm ərzində 11 oyunda meydana daxil oldu. 2011-ci il mövsümündə isə Bədavi Hüseynov bir oyun istisna olmaqla "Anji"-nin heyətində bütün çempionat oyunlarında meydana daxil oldu. Növbəti mövsüm o "Anji"-nin əvəzedici heyətinin kapitanı olmasına baxmayaraq Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" komandasına 2011/2012 mövsümünün sonuna gədər icarəyə verildi.
Bərava (Soyuqbulaq)
Bərava (fars. باراوا‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (27 ailə).
Bandar Səri Bəgavan
Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. == Tarixi == Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı . 1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir . == Coğrafiya == Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir.
Əhməd Əl-Bədavi məscidi
Əhməd Əl-Bədəvi məscidi — Misirin ən şimal hissəsində yerləşən Tanta şəhərinin ən böyük məscidi. Sufi məscididir.
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bedağar Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Bandar Seri Begavan