Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərbərlik
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün taraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.
Unix bənzəri
Unix bənzəri – Unix əməliyyat sisteminə bənzəyən amma Single UNIX Specification lisenziyasını almamış əməliyyat sistemlərinə deyilir. == Sinifləndirmə == === Genetik UNIX sistemləri === Bu sistemlərin AT&T kod bazası ilə tarixi bir əlaqəsi var. Hamısı olmasa da bir çox kommersial UNIX sistemləri bu kateqoriyaya daxildir. 1970-ci illərin sonunda və 1980-ci illərin əvvəlində Berkli Kaliforniya Universitetində inkişaf etdirilən məhsulların yeni nəsilləri olan BSD, bu qəbildəndir. === Əmtəə nişanı və ya damğalı olan UNIX === Bu qrup Open Group tərəfindən müəyyən edilmiş olan, Single UNIX Specification lisenziyasını qarşılayan və UNIX adını daşımağa icazə verilən əməliyyat sistemlərini əhatə edir. Apple Mac OS X v10.5 və sonrakı versiyalar BSD olaraq sertifikatlandırılmış olsalar da bunların çoxu UNIX System V kod bazalı ticari versiyalardır. Bir qismi isə (məs.: IBM z/OS) bu xüsusiyyəti POSIX uyğunlaşma təbəqəsi sayəsində qazanmışdır və əslində təbii olaraq UNIX əməliyyat sistemi deyildir. === Funksional UNIX === Bu məhsullar UNIX xüsusiyyətlərinə kobud şəkildə tabe olar, daha dəqiq bir şəkildə Linux və Minix kimi sistemlərdir və AT&T-nin kod bazası ilə nə tarixi əlaqələri var, nə də minlərlə dollar tutan ticarət reyestr qeydiyyatına alınmayıblar.
Təsviri İncəsənət Bərbərlik İnstitutu
Barber Təsviri İncəsənət İnstitutu (ing. Barber Institute of Fine Arts) — Birmingem Universitetinin təhsil müəssisələrindən biri. == Tarixi == İnstitut 1939-cu ildə Robert Atkinson tərəfindən yaradılmışdır. == Binası == Binası Birmingem Universitetinin memarlıq üslubuna görə seçilən tikililərindən biridir.