Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədəvilik
Bədəvilik-sufi təriqəti === Yaranması === Onları Əhmədilər də adlandırırlar. Təriqətin banisi Əhməd Bədəvi (vəfatı: 1276-cı il) Fəsdə (Mərakeşdə) dünyaya gəlmişdir. Öncə Qurani-Kərimi, hədisləri və müsəlman hüququnu öyrənmiş, sonra təsəvvüf yolunu seçərək Əbdülqadir Geylani, Əhməd Rifai kimi məşhur sufilərin təlimləri ilə tanış olmuş, onların məzarlarını ziyarət etmişdir. Onun şeyxi məşhur mütəsəvvif Bədrəd-Din Həsən Məğribi olmuşdur. Əhməd Bədəvi həyatının çox hissəsini Misirin Tanta şəhərində keçirmiş, elə ora da vəfat etmişdir. Görkəmli məmlük sultanı Bəybars ona alim kimi böyük hörmət göstərmişdir. Misirdə geniş yayılmış təriqətlərdən olduğuna görə, ölkənin ictimai həyatında da mühüm rol oynamışdır. Lakin təriqət Misirdən kənarda az yayılmışdır. Əhməd Bədəvi "Məhəmməd nuru" ideyası haqqında söhbət açmış ilk şeyxlərdən olmuşdur. O öz mənəvi silsiləsinin Əli ibn Əbu Talibə (ə) qədər yüksəldiyini də qeyd etmişdir.
Dəvəçilik
Dəvəçilik — Heyvandarlığın bir növü olub, dəvə saxlama və dəvə ilə yük daşıma işindən ibarətdir. Əsasən səhra, yarımsəhra və quru çöl ərazilərində yayılmışdır. Dəvəçilikdə süd, ət və yun əldə edilir. Üstəlik dəvədən minik və yük vastəsi kimi istifadə olunur. Bu kənd təsərrüfatı sahəsi ərəb və islam ölkələrinin arid ərazilərində yayılmışdır. 1997-ci ildə dünyada 19,63 mln baş dəvə olmuşdur. Bunun 6,1 mln başı Somalidə, 3,1 mln başı Sudanda yetişdirilmişdir. Üstəlik milyon baş Hindistan, Mavritaniya, Pakistan, Efiopiya ərazilərində mövcud olmuşdur. Mərkəzi Asiya və Qazaxıstan ərazilərində üç cins ikihürgüclü (Kalmıs, Qazax, və Monqol) və bir cins Bir hürgüclü (Arvana) dəvə yerişdirilir.
Qərəzçilik
Qərəzlilik dar düşüncəli, qərəzli və ya ədalətsiz bir şəkildə bir şeyin və ya bir fikrin lehinə və ya əleyhinə olma vəziyyətidir. İnsanlar bir şəxsə, qrupa və ya inanca qarşı və ya onun xeyrinə qərəzli yanaşmalar inkişaf etdirə bilərlər.
Azərbaycanda dəvəçilik
Azərbaycanda dəvəçilik — Azərbaycan Respublikası ərazisində dəvələrin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olmuşdur. Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulmuşdur. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur. Azərbaycanda hazırda Şabran, Salyan, Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 0.2-0.3 min baş arası olması qeyd edilir. Sumayıtın Corat qəsəbəsində dəvə ətindən hazırlanmış Corat qutabı hazırlanır.
Keçəçilik
Keçəçilik — Qədim xalq sənəti növü === Keçənin yaranması === Xalq sənətinin ən geniş yayılmış növlərindən biri toxuculuqdur. Toxuculuğun tarixi isə bilavasitə keçənin yaranması və istifadəsi ilə bağlıdır. Çünki bəzi alimlər toxuculuq sahəsində apardıqları araşdırmalarda keçəçiliyin onun ilk rüşeymi olduğu qənaətinə gəlmişlər. Keçənin dəqiq nə vaxt və harada yaranıb istifadə olunduğu haqqında məlumat yoxdur. Araşdırmalar zamanı keçə sözünə ilk dəfə eramızdan əvvəl 1200-1100-cü illərdə aparılan Troya müharibələrindən bəhs edən Homerin “İlliada” əsərində rast gəlindiyi məlum olur. E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat verir. Qeyd edək ki, ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı. == Azərbaycanda keçəçiliyin tarixi == Keçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid keçə parçaları və onun hazırlanmasında işlədilən alətlər hələlik tapılmayıb.
Meşəçilik
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. == Meşə təsərrüfatının kimyalaşdırılması == Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Bursa meşəçilik muzeyi
Bursa meşəçilik muzeyi (türk. Bursa Ormancılık Müzesi) — Türkiyənin şimal-qərb hissəsində, Bursa şəhərində meşə təsərrüfatına həsr olunmuş muzey. == Muzey binası == Muzey Bursada, Çekirgə küçəsində, Saatçi köşkü kimi tanınan binada yerləşir. Bina Osmanlı dövründən qalan tarixi bir malikanədir. Qurucusu Zafər Öztaptıkdır. Malikanə ilkin olaraq yaşayış yeri kimi istifadə olunub. 1939-1949-cu illər arasında burada "Bursa Meşə məktəbi" yerləşirdi. 1983-cü ilə qədər "Meşə Regional Müdirliyinin" ofisi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildə aparılan tənzimləmələrdən sonra muzey binasına çevrildi. 29 mart 1989-cu ildə muzey ziyarətçilərin üzünə açıldı.