Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xizəkçilik
Xizəksürmə — qış idmanının geniş yayılmış növlərindən biri. Xizəksürmə idmanına xizək ilə qaçış, tramplindən tullanma, ikinövçülük (qaçış və tullanma), slalom və biatlon daxildir. İnsanlıq tarixi qədər qədim bir idman növü olan xizəkçilik, insanın təbiət ilə həyat döyüşü nəticəsi ortaya çıxmışdır. İnsanların qışda qara batmamaq məqsədi ilə, ayaqlarına bağladığı müxtəlif şəkillərdəki ağac parçaları, xizəyin ən primitiv forması olmuşdur. Tarixi 5000 il əvvəlinə aid olan ilk xizəklər, betula və şam ağaclarından edilir, bunların sürüşkənliyini artırmaq üçün şam ağacından hazırlananların döşəmələri qatranla, betuladan hazırlanan xizəklərdə dəri ilə örtülürdü.
Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.