Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baffin Torpağı
Baffin torpağı (ing. Baffin Island, inuktitut ᕿᑭᖅᑖᓗᒃ, Qikiqtaaluk) — Kanada Arktik arxipelaqına daxildir. Sahəsi 478 min km²-dir. Atlantik okeanda yerləşir. Baffin Torpağında yerləşən Nettillinq gölü dünyada adada yerləşən ən böyük göldür.
Baffin adası
Baffin torpağı (ing. Baffin Island, inuktitut ᕿᑭᖅᑖᓗᒃ, Qikiqtaaluk) — Kanada Arktik arxipelaqına daxildir. Sahəsi 478 min km²-dir. Atlantik okeanda yerləşir. Baffin Torpağında yerləşən Nettillinq gölü dünyada adada yerləşən ən böyük göldür.
Baffin dənizi
Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir.
Vilyam Baffin
Vilyam Baffin (1584[…], London – 23 yanvar 1622[…], Hörmüz adası, Hörmüzgan ostanı; ing. William Baffin) — 1616-cı ildə adını daşıyan dənizi və Baffin adasını kəşf edən ingilis dənizçisi. == Bioqrafiya == Vilyam Baffin 1584-cü ildə Londonda anadan olub. Uşaqlığı və gəncliyi haqqında yaxşı təhsil ala bilməsindən başqa heç nə məlum deyil. Vilyam Baffinin sənədləşdirilmiş tərcümeyi-halı 1612-ci ildə, o, Ceyms Xollun başçılıq etdiyi ekspedisiyada köməkçi başlayır. Naviqatorların məqsədi Hindistana şimal-qərb dəniz yolunu axtarmaq idi. Gəminin kapitanı Qrenlandiya sahillərində eskimoslarla döyüşdə həlak olur. Bundan iki il sonra Vi0lyam balina ovu ilə məşğul olur. London tacirləri Baffinə " Discovery " gəmisində naviqator olmağı təklif etdilər. Maraqlıdır ki, Henri Hudsonun sonuncu səyahəti məhz bu gəmidə olub və bu səfər zamanı o, iğtişaş törədən komandası tərəfindən yerə endirilib.
Baffin adası cərəyanı
Baffin adası cərəyanı (və ya Baffin cərəyanı)— Şimal Buzlu okeanında Baffin adası boyunca Baffin körfəzinin qərb hissəsində cənuba doğru axan soyuq okean cərəyanıdır. Cərəyanın mənbələri Qərbi Qrenlandiya cərəyanı və Şimal Buzlu okeanından axan kənar sulardır. Sürəti gün ərzində təxminən 17 km-dir (11 mil).