Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balsoran possumlar
Tarsipes rostratus (lat. Tarsipes rostratus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin balsoran opossumlar fəsiləsinin tarsipes cinsinə aid heyvan növü.
Alboran dənizi
Alboran dənizi (isp. mar de Alborán, ərəb. بحر البوران‎) — Aralıq dənizinin qərb qutaracağında yerləşirdi. Dənizi Atlantik okeanından Cəbəllütariq boğazı ayırır. Qərbdən-şərqə doğru onun uzunluğu 400 km, şimaldan-cənuba eni isə 200 km təşkil edir. Dənizin orta dərinliyi 1000–1500 m arasıdır. Bu coğrafi obyektin ən dərin yeri 2507 metr olaraq dənizin şərq qutaracağında yerləşir. Dib relyefi sualtı dağlar və dərələrdən üstəlik düzənliklərdən ibarətdir. Sualtı dağların ən böyüyü Alborandır, şimal-şərqdən başlayaraq cənub-qərb istiqamətində uzanır. Bəzi yerlərdə suyun üzərinə çıxır və burada Alboran adlı vulkan məşəlli ada əmələ gətirir.
Pablo Alboran
Pablo Alboran (isp. Pablo Alborán; 31 may 1989, Malaqa, Əndəlüs) — İspaniya müğənnisi. Ən məşhur ispandilli musiqiçilərdən olan artist karyerası boyunca "Ən Yaxşı Orijinal Mahnı" üçün "Qoya" mükafatı, doqquz "LOS40 Music Awards", iki "Qaviota de Oro" və iki "Premios Dial" mükafatlarının sahibidir. Bu illər ərzində Alboran dörd "Qremmi" mükafatına, eləcə də iyirmi səkkiz dəfə Latın "Qremmi" mükafatına namizəd görülmüşdür.