Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayburtlu Qara İbrahim Paşa
Bayburtlu Qara İbrahim Paşa (d. 1620/21 - ö. iyun 1687) — IV Mehmed dönəmində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Hicri təqvimin 1030-cu ilində (1620-1621) Bayburtda Qatırçı Əhməd adlı bir kəndlinin evində dünyaya gəlmişdir. Gənclik illərində üsyançı Abxaz Həsənin xidmətində olmuş, üsyan yatırıldıqdan sonra (1659) İrana qaçaraq bir müddət burada qalmışdır. Daha sonra geri dönərək Mustafa Paşanın himayəsinə girdi və burada çuxadar və kəndxuda oldu. Himayədarının ölümünün ardından bəzi dövlət adamlarının xidmətində oldu. Nəhayət, o illərdə sədarət kəndxudası olan Mərzifonlu Mustafa Paşanın xidmətinə girdi və onun Silistrə bəylərbəyliyi dövründə kəndxudası olaraq fəaliyyət göstərdi. Mərzifonlu Mustafa Paşa dövlət idarəsində gücləndikcə nüfuzunu artıran Qara İbrahim ağa fürsətdən istifadə edərək IV Mehmedlə də tanış oldu. Himayədarının sədarət naibi olması ilə, İbrahim ağa da sədarət kəndxudası seçildi və Qara kəndxuda ləqəbi aldı.