Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilyard
Bilyard (fr. billard, bille – şar sözündən) – bir idman növüdür. Son illərdə idman budaqları içində əhəmiyyətli bir yer tutmağa başlamışdır. Bu anda Avropanın ən çox maraqlanılan 5 idmanı arasındadır. Bilyard oynamaq üçün lazım olan alətlər; bilyard masası, kiy, bilyard topları, təbaşir (kiyin topa daha ölçülü vurmasını və gərəksiz yerə sürüşməməsini təmin edir, xüsusilə səhvli vuruşlarda çox işə yarayar), körpü (kiyə görə) (çətin uzanılan toplara çatmağı təmin edir) lazımdır. == Bilyardın özünəməxsus xüsusiyyətləri == Xüsusi stol üzərində şarlarla oyun. Üzərinə mahud çəkilmiş stolun bortlarında 6 luza (tor səbətcikli halqa) var. Bəzi Bilyardlarda luza olmur (məs., fransız Bilyardı). Bilyard 3, 5 və ya 16 (15-i nömrəli, biri nömrəsiz) şarla oynanılır. Şarlar fil sümüyündən və ya mastikadan düzəldilir; luzaya salmaq üçün ona kiy (uzunluğu 1,30–1, 45 m olan davamlı ağacdan düzəldilən xüsusi çubuq) ilə zərbə vurulur.
Biliran adası
Biliran adası (seb. Lalawigan sa Biliran, taqal Biliran)- Filippin adalarına daxildir. == Coğrafiyası == Şərqi Visayi regionuna daxildir. Leyte adasından bir neçə km məsafədə yerləşən. İnzibati paytaxtı Naval şəhəridir. Biliran ölkənin kiçik bir əyalətlərindəndir. 1992-ci ildə Leyte əyalətinə daxil idi. Sahəsi-555,5 кm² (ölkənin ən balaca 4-cü adasıdır). Əsas Biliran adasından başqa bir neçə adanı da özündə birləşdirir. Belə ki, onlardan Maripipi və bir çox başqa məskunlaşmamış adaları göstərə bilərik.
Billiard topulqası
Billiard topulqası (lat. Spiraea × billardii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Amerika, Şimali Avropa və Asiyanın ərazisində yayılmışdır. == Botaniki təsviri == Yarpaqların rəngi zəngin palitraya malikdir: zərif yaşıldan gümüşüyə, payız dövründə isə sarı çalarlardan bənövşəyi və al qırmızıyadək dəyişir. Təbii formaları topulqaya şar, kaskad və ya piramida, sallaq və ya sürünən görünüş verir. Topulqanın çiçəkləri xırda və gözəldir. Onlar çoxsaylı süpürgəvari, qalxanvari, sünbülvari və ya piramidal çiçək qrupları ilə açılır. == Ekologiyası == Çöl və dağ bitkisi hesab edilir. Qış şəraitinə, tüstüyə, qaza davamlıdır. == Azərbaycanda yayılması == Mədəni şəraitdə becərilir.
Bilyard şarı
Bilyard şarı - Bilyard oyununda istifadə olunan iri toplar.Oyunda çəhrayı,qara,qırmızı,qəhvəyi,yaşıl,sarı şarlar olur.Qara şar 7 bal,qəhvəyi,sarı və yaşıl şarlar 3 bal ,çəhrayı şarlar 5 bal ,Qızmızı şarlar 1 bal qazandırır.Bu şarlar (Qəhvəyi,çəhrayı,sarı,yaşıl və qara)sadəcə oyunda xal qazanmaqçündür.Onları səbətə atanda top yenidən stola qoyulur və oyunçunun xalı artır.(çoxballı şarı iki səfə təkrar səbətə atmaq olmaz.)Rəngli şarların hərəsindən bir dənə,Qızmızı şarlar isə 5 dənə olur.Qızmızı şarlar bitəndə digər şarlar səbətə düşsə belə qalır.Ən sonda (şarlar bitəndə) balı çox olan qazanır. == Tarixçə == === Yeni materialdan istifadə === XIX əsrdə Avropada və ABŞ-də bilyard oyunu çox populyar olmuşdur. Bu oyunun kütləviliyinə əngəl olan yeganə amil onun şarları idi. Çünki bilyard şarları əvvəllər fil sümüyündən hazırlandığı üçün çox baha idi. 1860-cı illərdə bilyard şarlarının düzəldilməsi üçün fil sümüyünə alternatıv bir material icad edənə 10 min dollar dəyərində mükafat da ayrılmışdı. Bu məbləğ, o dövrlər üçün çox nəhəng bir məbləğ idi. Fil sümüyünə alternativ olan bir material dedikdə, bu material bilyard şarlarının bütün əlamət və keyfiyyətlərini özündə əks etdirməli idi. Belə ki, həmin material bərk və ağır, nəmə və zərbələrə qarşı davamlı, sığallı və bir az da elastik olmalı idi. 10 min dollarlıq mükafatı amerikalı ixtiraçı D. Hayett almışdır. O, 1869-cu ildə ilk dəfə olaraq çox ucuz bilyard şarları hazırlamışdır.
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Hilary Minc
Hilary Minc (24 avqust 1905 – 26 noyabr 1974, Varşava) — aparıcı Polşa iqtisadçısı və kommunist siyasətçi idi. Minc orta sinif yəhudi ailəsində anadan olmuşdur; Onun valideynləri Oskar Minc və Stefania née Fajersztajn idi. Minc 1921-ci ildə, sonralar II Dünya Müharibəsindən əvvəl Komintern tərəfindən ləğv edilmiş Polşa Kommunist Partiyasına daxil olmuşdur. O, Polşa və Fransada hüquq və iqtisadiyyat üzrə təhsil alıb, 1928-ci ildə hakimiyyət tərəfindən deportasiya olunmazdan əvvəl doktorluq dərəcəsi alıb. II Dünya Müharibəsi illərində Sovet İttifaqına sürgün edilmiş, burada Polşa Vətənpərvərlər İttifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. Polşa Xalq Ordusunun zabiti kimi Şərq Cəbhəsində döyüşmüş və bir neçə hərbi orden, o cümlədən Hərbi Şücaət (Virtuti Militari) qazanmışdır. 1944–1956-cı illərdə Polşa Fəhlə Partiyasının (PPR) Siyasi Büro, sonra isə Polşa Birləşmiş Fəhlə Partiyasının(PZPR) üzvü olmuşdur . Minc 1948-ci ildən Yakub Berman ilə birlikdə Bolesław Bierut siyasi fraksiyasının yüksək səviyyəli üzvü idi. Stalin dövründə (1956-cı ilə qədər) sənaye və ticarət naziri və baş nazirin iqtisadi məsələlər üzrə müavini vəzifələrində çalışıb. Onun əsas vəzifəsi iqtisadiyyat olsa da, o, bu dövrün siyasi təzyiqlərinin istəkli iştirakçısı idi.
Tısbağalar uça bilir
Tısbağalar uça bilir-(Kurmanc dilində Kûsî Jî Dikarin Bifirin; farsca Lākpošthā Ham Parvāz Mikonand) Kürd müharibəsi dram filmi olub, Bahman Qobadi tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmişdi. Filmdə Hüseyn Əlizadənin məşhur musiqisi səsləndirilmişdir. Film, Səddam Hüseyn rejiminin süqutundan sonra çəkilmiş ilk İraq filmi oldu. == Məzmun == Film, ABŞ-nin İraqın işğalı ərəfəsində İraq-Türkiyə sərhəddindəki kürd qaçqın düşərgəsində qurulub. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən kimsəsiz uşaqlar. On üç yaşlı Satellite (Soran Ebrahim) zəif ingilis dili biliyi və antenaların quraşdırılması ( yerli kənd camaatının Səddam Hüseyn xəbərlərini izləməsi üçün) ilə tanınır. O dinamikdir, uşaqları başına toplayarq onlara təsir eməyə çalışır və onları təhlükəli işlərə yönəldir. Bu uşaqların çoxusu davamlı olaraq xəsarət alır. Lakin özlərini təsdiqləmək üçün tapşırıqları yerinə yetirirlər.
Tanrı bilir (film, 1995)
Ram Jaane (nəstəliq: رام جانے, mənası: Tanrı bilir) Raciv Mehranın rejissorluq etdiyi Bollivud filmidir.
Tısbağalar uça bilir (film, 2004)
Tısbağalar uça bilir-(Kurmanc dilində Kûsî Jî Dikarin Bifirin; farsca Lākpošthā Ham Parvāz Mikonand) Kürd müharibəsi dram filmi olub, Bahman Qobadi tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmişdi. Filmdə Hüseyn Əlizadənin məşhur musiqisi səsləndirilmişdir. Film, Səddam Hüseyn rejiminin süqutundan sonra çəkilmiş ilk İraq filmi oldu. == Məzmun == Film, ABŞ-nin İraqın işğalı ərəfəsində İraq-Türkiyə sərhəddindəki kürd qaçqın düşərgəsində qurulub. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən kimsəsiz uşaqlar. On üç yaşlı Satellite (Soran Ebrahim) zəif ingilis dili biliyi və antenaların quraşdırılması ( yerli kənd camaatının Səddam Hüseyn xəbərlərini izləməsi üçün) ilə tanınır. O dinamikdir, uşaqları başına toplayarq onlara təsir eməyə çalışır və onları təhlükəli işlərə yönəldir. Bu uşaqların çoxusu davamlı olaraq xəsarət alır. Lakin özlərini təsdiqləmək üçün tapşırıqları yerinə yetirirlər.
Ürək həqiqəti bilir (film, 1992)
Dil Aashna Hai (hind. दिल अश्ना ह, urdu dil. دل اَشنا ہے, mənası: Ürək həqiqəti bilir) hind-urdu dilində olan filmin rejissoru Hema Malinidir. Filmin baş rollarında Divya Bharti və Şahrux Xan çəkilib. İkinci dərəcəli rollarda Mitxun Çakraborti, Dimpl Kapadiya, Amrita Sinqx və s. yer alıb. Ssenari xətti Leyla (Divya Bharti) adlı qızın sevgilisi Karanla(Şahrux Xan) həqiqi anasının axtarışını əks etdirir. Film 1992-ci ildə tamaşaçılara təqdim edilib. Kassada böyük uğursuzluqla qarşılaşan film iflasa uğrayır, belə ki, 140 mln büdcə ilə hazırlanan proyekt kassadan 10 mln qazana bilir. Buna baxmayaraq ekran əsərində yer alan aktyor və aktrisaların ifası qiymətləndirilir, mərhum Divya Bharti və Şahrux Xan cütlüyü bəyənilir.
United States Army Center of Military History
ABŞ Ordusu Hərbi Tarix Mərkəzi (HTM; ing. United States Army Center of Military History) — Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının tərkibində olan idarə. Heraldika İnstitutu Ordu Katibinin İnzibati Köməkçi Ofisinin tərkibindədir. Mərkəz Birləşmiş Ştatlar Ordusunda tarixin və hərbi qeydlərin düzgün istifadəsinə cavabdehdir. Ənənəvi olaraq, bu missiya həm sülh, həm də müharibə dövründə ordunun rəsmi tarixini qeyd etmək, eyni zamanda ordu heyətinə tarixi məsələlərdə məsləhət vermək demək idi. HTM Ordu Tarixi Proqramına rəhbərlik edən qabaqcıl təşkilatdır. == İstinadlar == == Əlavə ədəbiyyat == U.S. Army History CMH Online Bookshelves History of "History" in the U.S. Army Publications of the United States Army Center of Military History Army Historical Program(by fiscal year) Oral History: Techniques and Procedures The U.S. Army Art and Photo Collection Army History (a professional bulletin) Organizational History == Xarici keçidlər == history.army.mil — ABŞ Ordusu Hərbi Tarix Mərkəzinin rəsmi saytı Gough, Terrence J. "The U.S. Army Center of Military History: A Brief History". United States Department of the Army.