Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bioelektronika
Bioelektronika — Fiziki elektronikanın yeni yaranan sahələrindən biri. Bioelektronika elm sahəsi gənc olmasına baxmayaraq, böyük sürətlə inkişaf edir. İnsanların uzunömürlülüyünün və sağlamlığının təmin edilməsində əvəzsiz rolu olan bioelektronika elmdə özünəməxsus yer tutur. Son illərdə elektronların bioloji sistemlərdə, xüsusən zülal molekullarında hərəkətinə olan maraq gündən‐günə artır. Çünki məhz zülallar oksidləşmə məhsullarından elektronları turşu molekullarına daşıyır və nəticədə hüceyrəyə lazım olan enerjini əldə edir. Başqa sözlə desək, bu gün molekulyar və hüceyrə bioelektronikası sürətlə inkişaf edərək – elmin yeni istiqamətləri üzrə elektronun bioloji obyektlərdə, membran strukturlarında (hüceyrə bioelektronikası) və makromolekullarda (molekulyar bioelektronika) hərəkəti öyrənilərək, məlumatın işlənib saxlanılması üçün biomaterial hazırlanır. Canlı hüceyrələr üçün əsas enerji mənbəyi zülal strukturlarında elektronların çoxpilləli daşınması zamanı ayrılan enerjidir. Makromolekullarda və makromolekullararası əlaqələrdə elektronların daşınma mexanizmini həm nəzəri, həm də təcrübi öyrənən elm sahəsi biokimya və biofizikadır. Canlı orqanizmlərdə elektron selinin normal hərəkəti pozulduqda patoloji hallar müşahidə olunur ki, bu da tibbin əsas problemlərindən biridir. Bu problemləri vaxtında aşkar edib aradan qaldırmaq və ya makromolekulların funksional halını xüsusi cihazların köməyi ilə müşahidə və idarə etmək məsələsi aktual olaraq qalmaqdadır.