Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bipolyar pozuntu
Bipolyar pozuntu — (bipolyar — bi — latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi "maniakal-depressiv pozuntu" adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır. Deyə bilərsiz ki, hər insanda bu hal dəyişimi görmək mümkündür. Yəni elə anlarımız olur ki, bir mövzu haqda əvvəl müsbət fikirdə olsaq da, daha sonra həmin mövzu bizə cəlbedici gəlməyə bilər və ona tamamilə əks mövqedən yanaşa bilərik. Bəzən daha enerjili, bəzənsə yaşadığımız həyatın mənasız olduğu düşüncəsinə də qapıla bilərik. Ancaq bu xəstəlikdən əziyyət çəkən insanlardakı emosianal dəyişimi çox güclü şəkildə görmək mümkündür. Hətta bu, insanı maniakal depressiv vəziyyətə də çatdıra bilər. Bu xəstəliyə əvvəllər "maniakal depressiv pozuntu" da deyilirdi.
Ambipolyar diffuziya
Ambipolyar diffuziya (A.d)-əks yüklü zərrəciklərin konsentrasiyalarının düşməsi istiqamətində birgə diffuziyasıdır. Neytral zərrəciklərin diffuziyasından fərqli olaraq elektrik cəhətdən təcrid olunmuş plazmada ion və elektronlar bir-birindən asılı olmayaraq diffuziya edə bilməzlər: bu halda plazmanın kvazineytrallığı pozula bilər. Kvazineytrallıqdan cüzi meyletmə yüklərin sonrakı bölünməsinə mane olan güclü elektrik sahəsinin meydana çıxmasına səbəb olur. Nəticədə "geri qalan" zərrəciklər irəli çıxan zərrəciklərin hərəkətini tormozlayır. Əgər əks işarəli zərrəciklərin diffuziya əmsalları bir-birindən əhəmiyyətli fərqlənirsə, onda A.d. əmsalı onlardan ən kiçiyindən təxminən 2 dəfə böyük olur və bütövlükdə proses asta diffuziya ilə təyin olunur. Beləliklə, məs., maqnit sahəsi olmayanda (və ya onun istiqamətində) bir qədər yüngül və mütəhərrik elektronlar ionlardan daha sürətli diffuziya edirlər: bu zaman A.d. əmsalı ionların diffuziya əmsalının 2 mislinə bərabər olur. Maqnit sahəsinin eni boyunca diffuziyada ionların diffuziya əmsalı əksinə, çox böyükdür (böyük siklotron radiusu hesabına) və A.d. əmsalı elektronların diffuziya əmsalının 2 mislinə bərabər olur.
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır.Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Polyar koordinat sistemi
Riyaziyyatda qütb koordinat sistemi və ya polyar koordinat sistemi, nöqtələrin bir bucaq və Karteziyan koordinant sistemindəki koordinat başlanğıcının ekvivalenti olub "qütb" olaraq bilinən bir mərkəz nöqtəyə olan uzaqlıqlar ilə müəyyən, iki ölçülü bir koordinat sistemidir. Qütb koordinat sistemi, riyaziyyat, fizika, mühəndislik, dənizçilik, robot texnologiyası kimi bir çox sahədə istifadə edilər. Bu sistem, iki nöqtə arasındakı əlaqənin bucaq və uzaqlıq ilə daha sadə ifadə edilə bildiyi vəziyyətlər üçün xüsusilə rahatdır. Karteziyan koordinat sistemində, belə bir əlaqə ancaq triqonometrik düsturlar ilə tapıla bilər.