Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blood Blockade Battlefront
Blood Blockade Battlefront və ya Yaponiyada tanınan adı ilə Kekkai Sensen (血界戦線, azərb. Qan blokadası cəbhəsi‎) – Yasuro Nayto tərəfindən yazılan və çəkilən manqa seriyası. 2009-cu ilin fevralından aprelinə kimi "Jump SQ.19" jurnalında, daha sonra isə "Jump Square" jurnalında serializasiya olunmuşdur. Hekayə bacısının görmə qabiliyyəti qarşılığında "Tanrının hər şeyi görən gözləri"ni əldə edən Leonardo Uotç adlı gənc fotoqrafında ətrafında cərəyan edir. Bu insidentdən sonra Leonardo bədheybətlərə və terrorçulara qarşı döyüşən Libra təşkilatına qoşulmaq üçün Yeni Yerusəlim şəhərinə gedir. Manqa ABŞ-də Dark Horse Comics tərəfindən buraxılmışdır. Bones studiyası tərəfindən anime adaptasiyası çəkilmiş və 2015-ci ildə yayımlanmışdır. Funimation animeni Şimali Amerikada lisenziyalaşdırmışdır. Animenin ikinci mövsümü 2017-ci ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. Manqa seriyası keçmiş adı Nyu-York olan Yeni Yerusəlim şəhərində fəaliyyət göstərən, bədheybət və terrorçulara qarşı döyüşən Libra təşkilatının başına gələn hadisələrdən bəhs edir.