Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fridrix Brokhauz
Fridrix Arnold Brokhauz (alm. Friedrich Arnold Brockhaus‎; 4 may 1772-ci il, Dortmund — 20 avqust 1823-cü il, Leypsiq) — alman naşiri, "Bibliographisches Institut & F. A. Brockhaus" nəşriyyatının təsisçisi və "Brokhauz ensiklopediyasının" naşiridir. Onun ensiklopediyaları 1890-1907-ci illərdə 82 cilddə çap olunan Rusiya Brokhauz və Efronun ensiklopedik lüğəti üçün əsas rolunu oynadı.
Brokhauz və Efron ensiklopedik lüğəti
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Brokhauz və Efronun ensiklopedik lüğəti