Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arcade
Arcade, Arkada;
Arcade (mahnı)
Arcade (azərb. Arkada‎) — Niderlandın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Dankan Lourens "Arcade" mahnısı ilə Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmiş və nəticədə Niderlanda 5-ci Avroviziya qələbəsini qazandırmışdır. Mahnı Dankan de Mur, Coel Syöö və Vuter Hardi tərəfindən bəstələnmişdir.
Arcade Fire
Arcade Fire (Arkeyd Faer) – Kanada Alternativ rok və İndi-rok rok qrupu. == Qrupun tarixi == Qrup 2003-ci ildə Monrealda evli cütlük Uin Batler və Redjin Şassen'in birgə düetindən sonra yaranmışdır. Qrupun üç albomu yüksək dərəcəli təqdirə layiq görüldü. Qrupun Funeral (2004) albomu MTV'nin "İlin ən yaxşı 50 albomu" (50 Greatest Albums of the Year) siyahısında birinci yeri tutdu və Qremmi mükafatının 2 nominasiyası ilə təltif edildi. Qrupun ikinci albomu Neon Bible (2007) Kanadanın və İrlandiyanın albom siyahılarına başçılıq edirdi. ABŞ'da və Böyük Britaniyada ikinci yerə qədər qalxan albom, 2007-ci ildə Q (jurnal) tərəfindən "İlin ən yaxşı albomları" siyahısında 1-ci yerə layiq görüldü. 2008-ci ildə albom Brit Awards'da namizədliyini irəli sürdü və "Best Alternative Album of the Year" nominasiyasında Juno Awards laureatı aldı. Qrupun üçüncü albomu The Suburbs 2010-cu ildə ən yaxşı albom kimi Qremmi mükafatı aldı.
Blood Blockade Battlefront
Blood Blockade Battlefront və ya Yaponiyada tanınan adı ilə Kekkai Sensen (血界戦線, azərb. Qan blokadası cəbhəsi‎) – Yasuro Nayto tərəfindən yazılan və çəkilən manqa seriyası. 2009-cu ilin fevralından aprelinə kimi "Jump SQ.19" jurnalında, daha sonra isə "Jump Square" jurnalında serializasiya olunmuşdur. Hekayə bacısının görmə qabiliyyəti qarşılığında "Tanrının hər şeyi görən gözləri"ni əldə edən Leonardo Uotç adlı gənc fotoqrafında ətrafında cərəyan edir. Bu insidentdən sonra Leonardo bədheybətlərə və terrorçulara qarşı döyüşən Libra təşkilatına qoşulmaq üçün Yeni Yerusəlim şəhərinə gedir. Manqa ABŞ-də Dark Horse Comics tərəfindən buraxılmışdır. Bones studiyası tərəfindən anime adaptasiyası çəkilmiş və 2015-ci ildə yayımlanmışdır. Funimation animeni Şimali Amerikada lisenziyalaşdırmışdır. Animenin ikinci mövsümü 2017-ci ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. == Məzmun == Manqa seriyası keçmiş adı Nyu-York olan Yeni Yerusəlim şəhərində fəaliyyət göstərən, bədheybət və terrorçulara qarşı döyüşən Libra təşkilatının başına gələn hadisələrdən bəhs edir.