Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buffalo
Buffalo (İngilis tələffüzü ilə: bʌfəloʊ) — ABŞnin şərq bölgəsində Nyu-York ştatının qərbində; Eyr gölünün şərq sahillərində, Niagara Çayının ağızında Fort Eirik, Ontario, Kanada şəhərinin qarşısında qurulmuş bir şəhərdir. Buffalo" Erie qraflığının "inzibati mərkəzidir. Əhalisi 259,4 min (aqlomerasiyada 1134,0 min; 2012). Kanada ilə sərhəddə, Eri gölünün ş. qurtaracağında, Niaqara çayının mənbəyində (onun sağ sahilində) yerləşir. Böyük Göllərdə mühüm port (dəniz gəmilərini qəbul edə bilir). Avtomobil və d.y.-ları qovşağı. Beynəlxalq "Buffalo-Niaqara" aeroportu. Metropoliten. Buffalonun yerində ilk məskən 1758 ildə Fransa kolonistləri tərəfindən salınmışdı (1759 ildə britaniyalılar onu yandırmışdılar).
Buffalo əsgərləri
Buffalo əsgərləri (ing. Buffalo soldier) - 1867 - 1896-cı illərdə Amerika Birləşmiş Ştatlarının qərbində hindilərə qarşı döyüşmüş afrikalı şəxslərə verilən ləqəb. Bu əsgərlər ağ dərili zabitlərə tabe idi. Buffalo əsgər adını qara dərililərə hindilər vermişdilər.
Vud-Buffalo Milli Parkı
Vud-Buffalo Milli Parkı — Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. == Haqqında == Vud-Buffalo Milli Parkı meşə bizonlarının sərbəstcə dolaşabilməsi və qorunması üçün 1922-ci ildə Kanadanın Şimal-qərb və Alberta ərazisində qurulmuşdur. Sahəsi 4.480.000 ha olub Kanadanın ən böyük milli parkıdır. Bu gün milli parkda 5.000-dən çox bizon yaşayır. Bura eyni zamanda durnaların əsas balalama bölgələrindən biridir. Milli parkda yerləşən, dünyanın ən böyük quru deltası olan və eyni zamanda vəhşi bizonların böyük axınlarına məruz qalan Piis-Atabaska deltası bioloji müxtəlifliyi və əhəmiyyəti baxımından WHS olaraq elan edilmişdir. Milli park 1983-cü ildə 256-cı üzv olaraq YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir.
Vud Buffalo Milli Parkı

Mark Ruffalo
Mark Ruffalo (ing. Mark Alan Ruffalo, 22 noyabr 1967, Kenoşa, Viskonsin, ABŞ) - Amerikalı aktyor. "Emmi" (2014) və "SGA Awards" (2015) mükafatlarının laureatı. "Oskar" (2011, 2015, 2016), BAFTA (2011, 2015, 2016) və "Qızıl qlobus" (2015 (2 dəfə), 2016) mükafatlarının nominantı. Əsas məşhurluğunu Zodiak (2007), Qisasçılar (2012), Yalan illüziyası (2013), Qisasçılar: Altron dövrü (2015), Tor: Raqnarök (2017) filmləri ilə qazanmışdır. == Həyatı və karyerası == Mark Ruffalo 1967-ci ildə Viskonsin ştatının Kenoşa şəhərində olub. Atası italyan olan aktyorun anası isə həm İtaliya, həm də Kanada kökənlidir. Ruffalo erkən yaşından aktyorluq sənətini seçir və teatrda çıxış etməyə başlayır. Ruffalo karyerasının əsas rollarını bu əsrin başlağıncından etibarən oynamağa başlayır. 2000-ci ildə Kennet Lonerqanın "Mənə arxalana bilərsən" dram filmində oyunu uğurlu alınır və film bir çox mükafatlar qazanır.
Bualo - Narsejak
Bualo — Narsejak (fr. Boileau-Narcejac) — Fransız əsilli iki yazıçıdan (Pyer Bualo (1906–1989) və Toma Narsejak (1908–1998)) ibarət ədəbi tandem. Pyer Bualo və Toma Narsejak ədəbi dueti dünyada bu tip birliyin tək nümunəsi deyil. Lakin Qrimm qardaşları, Qonkur qardaşları, Elleri Kvin tandemi kimi digər duetlərdən fərqli olaraq Pyer Bualo ilə Toma Narsejakı heç bir qohumluq əlaqəsi birləşdirmirdi. Müstəqil yazıçılar kimi məşhurlaşdıqdan sonra birgə fəaliyyətə başlamaqları da onları digərlərindən fərqləndirən amildir. Bualo Narsejak tandemi iki müstəqil yazıçı kimi fəaliyyət göstərən Bualo və Narsejakdan tamamilə fərqli üslubda və tərzdə əsərlər yaradıb. Bualo-Narsejak birliyi detektiv üslubunda psixoloji roman janrının banisi hesab ediir. == Pyer Bualo == Pyer-Lui Bualo (fr. Pierre Louis Boileau) 28 aprel 1906-cı ildə Parisdə dünyaya gəlmişdir. Bualo-Narsejak tandemindən ilk yazmağa başlayan və məşhurlaşan məhz Bualo idi.Bualo Hələ uşaq ikən Nik Karterin Moris Leblan haqqında yazdığı macəra romanlarını maraqla oxuyar və təhlil edərdi.
Nikola Bualo
Nikola Bualo (fr. Nicolas Boileau-Despréaux; 1 noyabr 1636, Paris — 13 mart 1711, orda) — fransız şairi, tənqidçisi, nəzəriyyəçisi. == Həyatı == Fransız klassisizminin Lafontendən sonra ikinci böyük şairi Bualo olmuşdur. O da Lafonten kimi qeyri-dramatik janrlarda yazdığı əsərlərlə məşhurlaşmışdır. Əgər Lafonten təmsil və mənzum nağıl janrında məşhur-laşmışdısa, Bualo müraciətləri və satiraları ilə tanınmışdır. Onun şeirləri quruluğu, ayıqlığı və satirik təmayülü ilə seçilir. Bualo dünya ədəbiyyatında daha çox fransız klassisizminin qanunvericisi, tanınmış rəhbəri və nəzəriyyəçisi kimi şöhrət qazanmışdır. Puşkin haqlı olaraq onu "fransız şairlərinin sərt hakimi" adlandırmışdır. Doğrudan da, Bualo Fransada ədəbiyyat tarixinin ən şanlı dövrlərindən birində ədəbi fikrin rəhbəri olmuşdur. Nikola Bualo-Depreo 1 noyabr 1636-cı ildə Parisdə burjua ailəsində doğulmuşdur.
Bualo-Narsejak
Bualo — Narsejak (fr. Boileau-Narcejac) — Fransız əsilli iki yazıçıdan (Pyer Bualo (1906–1989) və Toma Narsejak (1908–1998)) ibarət ədəbi tandem. Pyer Bualo və Toma Narsejak ədəbi dueti dünyada bu tip birliyin tək nümunəsi deyil. Lakin Qrimm qardaşları, Qonkur qardaşları, Elleri Kvin tandemi kimi digər duetlərdən fərqli olaraq Pyer Bualo ilə Toma Narsejakı heç bir qohumluq əlaqəsi birləşdirmirdi. Müstəqil yazıçılar kimi məşhurlaşdıqdan sonra birgə fəaliyyətə başlamaqları da onları digərlərindən fərqləndirən amildir. Bualo Narsejak tandemi iki müstəqil yazıçı kimi fəaliyyət göstərən Bualo və Narsejakdan tamamilə fərqli üslubda və tərzdə əsərlər yaradıb. Bualo-Narsejak birliyi detektiv üslubunda psixoloji roman janrının banisi hesab ediir. == Pyer Bualo == Pyer-Lui Bualo (fr. Pierre Louis Boileau) 28 aprel 1906-cı ildə Parisdə dünyaya gəlmişdir. Bualo-Narsejak tandemindən ilk yazmağa başlayan və məşhurlaşan məhz Bualo idi.Bualo Hələ uşaq ikən Nik Karterin Moris Leblan haqqında yazdığı macəra romanlarını maraqla oxuyar və təhlil edərdi.
Pö-e-Kuffulö
Pö-e-Kuffulö (fr. Peux-et-Couffouleux, oks. Pèus e Cofolèus) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12179. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 120 km şərqdə, Rodezdən isə 70 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 108 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 53 yaşda (15-64 yaş arasında) 39 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,6%, 1999-cu ildə 65.6%).