Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Chamomilla
Chamomilla nobilis
Roma çobanyastığı (lat. Chamaemelum nobile) — chamaemelum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Güclü qoxuya malik bitkidir. Gövdəsi 10—30 sm hündürlüyündə, dikduran yaxud şaxələnmiş olur. İyul-sentyabr aylarında çiçəkləyir. == Sinonimləri == Anacyclus aureus L. Anacyclus nobilis L. ex B.D.Jacks. Anthemis aurea DC. Anthemis nobilis L. basionym Anthemis santolinoides Munby Chamaemelum romanum Garsault, nom. inval. Chamomilla nobilis Godr. Ormenis nobilis (L.) J.Gay ex Coss.
Chamomilla recutita
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. == Çiçək == Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. == Meyvə == Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Kür-Araz oval.
Chamomilla suaveolens
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Matricaria chamomilla