Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Camino
Camino — köhnə ödənişsiz, açıq mənbəli GUI və Firefox bünövrəli brauzerdir. O, xüsusi olaraq OS X əməliyyat sistemi üçün nəzərdə tutulub. O, XUL əsaslı istifadəçi interfeysinə malik idi və Mozilla üçün nəzərdə tutulmuş proqramlar işləyəcəkdi. İlk versiyası 2002-ci il fevralın 13-də buraxılan veb-brauzerin inkişafı təəssüf ki, 30 may 2013-cü ildə dayandırılıb. Camino 2.1.2-də holland, alman, fransız, isveçli, italyan, yapon, ingilis, ispan, çin və norveç dili mövcud idi.
Fragaria campana
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Ageratina campii
Ageratina campii (lat. Ageratina campii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Anthurium campii
Anthurium campii (lat. Anthurium campii) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Camini Roy
Camini Roy (11 aprel 1887–24 aprel 1972) — Hindistan rəssamı. == Bioqrafiya == Orta gəlirli bir ailədən idi, atası dövlət xidmətində idi. O əvvəlcə evdə təhsil aldı. 1903-cü ildə Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil oldu. O, "Klassik çılpaq" və yağlı boya sənətinin akademik ənənəsinə çəkilməyi öyrəndi. Burada gənc adam portret sənətində əhəmiyyətli müvəffəqiyyətlərə imza atdı. Eyni zamanda o, çörək qazanmaq üçün reklam şəkillərini tərtib etmək, yüzlərlə ucuz gravür rəsmlərini çəkmək, toxuculuq üçün toxuma atelyesində və teatr kostyumu ilə məşğul olurdu. 1908-ci ildə gözəl sənət diplomunu aldı. Vaxt keçdikcə klassik ənənədən ayrıldı. 1921-ci ildən xalq sənətinə daha çox diqqət ayırmağa başladı.
Miconia campii
Miconia campii (lat. Miconia campii) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mikania campii
Mikania campii (lat. Mikania campii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Pentacalia campii
Pentacalia campii (lat. Pentacalia campii) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid biki növü.
Persea campii
Persea campii (lat. Persea campii) — dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü.
YouTube Gaming
YouTube (azərb. Yutub‎) — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır. "Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır. == Tarixi == Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir. YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır. == İş sistemi == YouTube video formatı olaraq Flash Video Formatı (*.
Hear Them Calling
Hear Them Calling (azərb. Onların çağırışlarını eşidirəm‎) — İslandiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Qreta Saloume "Hear Them Calling" mahnısı ilə İslandiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Computer Gaming World
"Computer Gaming World" — ABŞ videooyun jurnalı. 1981–2006-cı illərdə nəşr olunmuş jurnal sadəcə videooyunlar və geyminq sənayesinə həsr olunmuş ilk jurnallardan biridir. == Tarixi == "Computer Gaming World" 1981-ci ildə cənubi baptistlərin keçmiş keşiş Rassell Sayp tərəfindən təsis edilmişdir. O, "Strategic Simulations" tərəfindən istehsal olunmuş "Computer Air Combat" videooyununu oynayarkən qarşılaşdığı çətinlikləri düşünərək videooyunlar haqqında jurnal ideyasını əldə etmişdir. Sayp həmin ilin iyununda "Golden Empire Publications Inc." şirkətini təsis etmiş və noyabrda "Computer Gaming World" jurnalının ilk nömrəsi buraxılmışdır.1991-ci ildən jurnalın həcmi xeyli artmış, 1992-ci ilin noyabrında nəşr olunan 100 illik yubiley nömrəsində 196 səhifəyə çatmışdır. Elə həmin il Conni Vilson yeni baş redaktor olmuşdur. Sayp 1993-cü ildə jurnalı "Ziff Davis" şirkətinə satmışdır.1997-ci ilin dekabrında jurnalın həcmi 500 səhifəyə çatmışdır. 1999-cu ildə Vilson baş redaktor vəzifəsini tərk etmiş və onun yerinə Corc Cons gəlmişdir. 2002-ci ildə Ceff Green yeni baş redaktor olmuşdur.2 avqust 2006-cı ildə "Ziff Davis" şirkəti "Microsoft" ilə birlikdə verdiyi açıqlamada jurnalın bağlanacağını və onun əvəzinə "Games for Windows: The Official Magazine" jurnalının fəaliyyət göstərəcəyini elan etmişdir. Jurnalın sonuncu, 268-ci nömrəsi 2006-cı ilin noyabrında buraxılmışdır.
Electronic Gaming Monthly
Electronic Gaming Monthly (qısa adı: EGM) — "Ziff Davis" müəssisəsi tərəfindən 1989-cü ildə istehsal olunmuş ABŞ jurnalı. 1994-cü ildə jurnalda resenziya ilə bərabər oyunların gizli kodları da nəşr olunmağa başlayır. Jurnal 2006-cı ildə loqotipini dəyişdirmişdir. "Ziff Davis" müəssisəsi bu jurnalı 2009-cu ilə qədər istehsal etmiş, sonradan "EGM" istehsalını dayandırılmışdır. Jurnalda video oyunlar haqqında resenziya göstərilir.
Dempinq
Dempinq — (ingilis dumping-azalma sözündəndir)- malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır. Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir. Hökumətlər və ya şirkətlər tərəfindən isə gələcəkdə dempinq hesabına bazarda möhkəm mövqeyə nail olunduğu halda cari xərclərin ödənilməsi üçün istifadə edilir. Dünya iqtisadiyyatı təcrübəsində bir çox ölkələrdə antidempinq qanunlarının qəbul edilməsi, xüsusi dempinqə əks rüsumların müəyyən edilməsi yolu ilə dempinqə qarşıdurma qəbul edilir.
Lampunq
Lampunq İndoneziya əyalətidir, Sumatra adasının cənub ucunu tutur. Şimal-qərbdən Benqkulu əyaləti ilə qısa bir sərhədi və şimaldan Cənubi Sumatra əyaləti ilə daha uzun bir sərhədi var. Bura öz dillərində danışan və öz yazılı yazılarına sahib olan Lampunq xalqının əsl evidir. Paytaxtı Bandar Lampunqdur.
Çamlanq
Çamlanq — Nepalda yerləşən, Himalaydakı Makalu yaxınlığında dağ. Himalayın Mahalanqur Himal silsiləsində yerləşir. Dağ 7,319 metr (24,012 ft) hündürlüyündədir.
Atlantis Is Calling (S.O.S. for Love)
Atlantis Is Calling (S.O.S. for Love) (azərb. Atlantis zəng vurur (S.O.S. məhəbbət üçün‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Kambinq adası
Kambinq adası (ind. Pulau Kambing) — Madura boğazında yerləşən, İndoneziyaya məxsus olan ada. Adanın sahəsi 1,3 km²-dir. İnzibati baxımından Şərqi Yava vilayətinin (ind. Provinsi Jawa Timur), Sampanq dairəsinə daxildir. Ada dairəvi formaya malikdir. Ada arxitekturası əsasən Portuqaliya dönəminə aiddir.
Atlantis Is Calling (S.O.S. for Love)(Modern Talking)
Atlantis Is Calling (S.O.S. for Love) (azərb. Atlantis zəng vurur (S.O.S. məhəbbət üçün‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Hampiq Sasunyan
Hampinq Sasunyan (ing. Harry Sassounian; 1 yanvar 1963, Beyrut) — türk diplomatını qətlə yetirmiş erməni terrorçusu. Sasunyan 28 yanvar 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı onun avtomobilində qətlə yetirmişdir. Polis tərəfindən dərhal həbs olunan Sasunyana cinayət işi açılmış, işin istintaqı nəticəsində onun "ESƏD" in üzvü olduğu aşkarlanmışdır. İstintaq və məhkəmə prosesi nəticəsində Sasunyanın konsulu milli zəmində türklərə bəslədiyi nifrətin nəticəsində qətlə yetirdiyi təsdiqlənmişdir. Məhkəmənin hökmü ilə Sasunyan ömürlük həbs cəzasına məhkum olunmuşdur. Əslən Livan ermənisi olan Sasunyan məhkəmə prosesi zamanı bu cinayəti "erməni soyqırımında" həlak olan ermənilərin qisasını almaq üçün törətdiyini bildirmişdir. ABŞ prezidenti Ronald Reyqan bu cinayəti pisləyir, və bunun bir mənalı olaraq terror olduğunu bildirir. 2002 ci ildə Sasunyanın vəkilləri onun "peşmanlığı" barədə məktubu məhkəməyə təqdim edirlər, və cəzasının yüngülləşdirilməsini tələb edirlər. Lakin məsələyə baxan Kaliforniya məhkəməsi vəsadətə rədd cavabı verir və iki dəfə 2006 cı və 2010 cu ildə əvvəl çıxarılmış cəzanın güvvədə qalması barədə qərar çıxarır.
Çampan (Sayınqala)
Çampan (fars. چمپان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Karlo Adzelio Çampi
Karlo Adzelio Çampi (d. 9 dekabr 1920 - ö. 16 sentyabr 2016) — İtalyan siyasətçi və bankçı, İtaliyanın onuncu prezindenti (18 may 1999-15 may 2006). Müstəqil olaraq, seçkilərdə iştirak edib. Daha sonra senator çalışmışdır. == Həyatı == 1920-ci ildə Livornoda anadan olub. Çampi 1941-ci ildə Pisa Universitetinin ədəbiyyat hissəsindən məzun olub. İtalyan Müqavimət Fəaliyyətinə qatılıb. 1946-ci ildə Franca Fundacja ilə evlənib. Eyni ildə Pisa Universiteti hüquq fakültəsindən məzun olub.