Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Creeper
Creeper — dünyada ilk kompüter virusu. Creeper 1971-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perspektiv tədqiqat agentliyinə xidmət göstərən şirkətin əməkdaşı tərəfindən yaradılıb. Amma "Creeper"i "yetkin" virus saymayanlar da var.
Chester Dewey
Çester Dyui (ing. Chester Dewey, 25 oktyabr 1784 – 15 dekabr 1867) — Amerika botaniki, professor təbiətşünası, riyaziyyat, fizika, kimya geologiya və botanika müəllimi, pedaqoq və nazir == Bəzi əsərləri == Families and Natural Orders of Plants. History of the Herbaceous Plants of Massachusetts. The True Place of Man in Zoology. An Examination of some Reasoning's against the Unity of Mankind.
Schwerer Gustav
Schwerer Gustav (az: ağır qustav) və Dora adlı iki nümunəsi istehsal edilmiş 80 sm K (E), Almanların İkinci Dünya Müharibəsi zamanı istifadə etdiyi 800 mm diametrlik lüləyə malik olan bir topudur. Sürüşdürmə dərəcəsi 48.5°, atış tezliyi 30-45 dəqiqədə 1 atış, gün ərzində 14 atış, mərninin çıxış sürəti 720 m/s (AP), 820 m/s (HE), effektiv mənzili və maksimum mənzili 48 km, istehsal xərci 7 Milyon Reichsmark olmuşdur. == Tarixi inkişafı == 1934-cü ildə Krupp şirkəti tərəfindən hazırlanan bu silah geniş sahəyə malik istehkam mövqelərini məhv etmək üçün hazırlanmışdır. Silah Alman mühəndisi Erich Müller tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Test mərhələsində top 250 atəş etmişdir. Təxminən 1350 ton ağırlığında idi və 48 km uzaqlıqdakı hədəfə 4800 kq mərmi göndərməyi bacarırdı. Heç bir motorlu nəqliyyat vasitəsi bu qədər ağır bir cismi hərəkət etdirə bilmədiyi üçün, dəmir yolunda daşınırdı. Topun hissələri 25 vaqonla daşınırdı. Topun hərəkət etməsi üçün 2500 nəfər dəmir yolu xəttini çəkməli idi. Əlavə olaraq silahı düzəltmək və atəşə hazır vəziyyətə gətirmək üçün 20-si mühəndis olmaqla 5.000 adama ehtiyac var idi.
Oberkommando des Heeres
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.