Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cinkəndi (Germi)
Cinkəndi (fars. جين كندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Cermi bölgəsinin İcarud kəndistanında, Germi qəsəbəsindən 8 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (17 ailə).
Gürcü xingəli
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
İşıq çəngəli
İşıq çəngəli — elektrik cihazlarını elektrik xəttinə calamaq üçün haça şəkilli metal alət. Hər ölkədə fərqli işıq çəngəli və işıq nəlbəkisi standartları tətbiq olunur. Dünyada ən çox iki gərginlik və tezlik sistemi yayılıb. Bunlardan biri 100-127 V, 60 Hz-lik Amerikada , digəri isə 220-240 V, 50 Hz-lik Avropa standartıdır.