Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ciqme Xesar Namqyel Vanqçuk
Ciqme Xesar Namqyel Vanqçuk (dz. འཇིགས་མེད་གེ་སར་རྣམ་རྒྱལ་དབང་ཕྱུག; 21 fevral 1980[…], Katmandu[…]) — Butan Krallığının Kralı. == Həyatı == Xesar Butanın dördüncü Kralı Jiqme Sinqye Vanqçuk və üçüncü həyat yoldaşı Kraliça Aşi Tserinq Yanqdonun böyük oğludur. Kiçik bacısı Şahzadə Aşi Deçen Yanqzom və qardaşı Şahzadə Jiqme Dorjidən başqa 4 bacı və 3 qardaşı var. Yanqçenfuq Liseyində orta təhsilini başa vurduqdan sonra Xesar 1998-ci ildə təhsilini davam etdirmək üçün Filips Akademiyasına getdi, daha sonra dərəcəsini başa vurmaq üçün Kuşinq Akademiyasına daxil oldu. Daha sonra Oksford Universitetinin nəzdində Maqdalen Kollecini bitirməzdən öncə Uiton Kollecinə daxil oldu və burada Xarici Xidmət və Beynəlxalq Əlaqələr proqramları üzrə təhsilini tamamladı. == Vəliəhd şahzadə fəaliyyəti == Butan xalqı tərəfindən "Daşo Xesar" adlandırılan vəliəhd xalqla görüşmək və onlarla danışmaq üçün krallıq boyunca etdiyi çoxsaylı səfərlərdə atasını müşayiət etdi. Butanı rəsmi olaraq bir neçə beynəlxalq tədbirdə təmsil etmişdir. 8 may 2002-ci ildə Butanı 27-ci BMT Baş Məclisində təmsil etdi və dünyada milyonlarla uşağın rifahı ilə əlaqəli məsələlərə toxunaraq Birləşmiş Millətlər Təşkilatında ilk çıxışını etdi. 12 – 13 iyun 2006-cı il tarixlərində Banqkokda Tayland Kralı Bhumibol Adulyadeyin 60 illik yubileyinə qatıldı.
Alıqul Osmonov
Alıqul Osmonov ( 21 mart 1915, Aulie-Ata qəzası[d], Rusiya Türkistanı general-qubernatorluğu – 12 dekabr 1950, Bişkek) — Qırğız əsilli şair, dramaturq və tərcüməçi. Əsas uğurları daxili duyğu, gündəlik həyat və milliyyətçiliyə vurğu edərək dünyəvi mövzulara yönəlmiş şifahi xalq şeirinin qeydidir. Uilyam Şekspirin, Şandor Petöfinin və Aleksandr Puşkinin əsərlərini qırğız dilinə tərcümə edib. == Həyatı == 21 mart 1915-ci ildə Qırğızıstanın Panfilov kəndində dünyaya gəlmişdir. Kiçik yaşındaykən yetim qalmış və uşaqlığını Bişkek uşaq evində keçirtmişdir. İlk təhsilini 1929-cu ildə Bikşeş Pedaqoji məktəbində almışdır. Ancaq keçirtdiyi xəstəliyə görə təhsilini yarımçıq saxlamışdır. Buna baxmayaraq, jurnalistik karyerasına başlayaraq Sovet dövründə erkən qırğızdilli bir neçə qəzetdə, o cümlədən "Çabul" ("Hücum"), "Leninçil Yaş" ("Lenin Gəncliyi") və "Qızıl Qırğızıstan" da çalışdı. "Qırğızıstan Qırğızıstan", "Qırğızıstan Tusu" adı altında bu günə qədər də mövcuddur. 1939-1940-cı illərdə Qırğızıstan Milli Yazıçılar Birliyində baş katib vəzifəsində çalışmışdır ("Bu gün də mövcuddur.
Persea lingue
Persea lingue (lat. Persea lingue) — dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü.