Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avengers Confidential: Black Widow & Punisher
Avengers Confidential: Black Widow & Punisher (アベンジャーズ コンフィデンシャル: ブラック・ウィドウ & パニッシャー, Abenjāzu Konfidensharu: Burakku Widō & Panisshā) — 2014-cü il istehsalı direct-to-video animesi. Anime filmi Marvel Anime seriyası çərçivəsində SH DTV AC BW&P Partners, Marvel Entertainment, Sony Pictures Entertainment Japan və Madhouse tərəfindən istehsal olunmuşdur. Anime filmi Şimali Amerikada Blu-ray və DVD diskində 25 mart 2014-cü ildə yayımlanmışdır. == Məzmun == Cəzalandırıcı SHIELD-in məxfi missiyasına müdaxilə etdiyindən həbsə SHIELD tərəfindən həbsə salınır. Onun azad edilməsi qarşılığında Cəzalandırıcı Qara dul ilə birlikdə partnyor olub, SHIELD texnologiyasını oğurlayıb satmaq istəyən Leviafan terror təşkilatını dayandırmağa çalışır. == Rollarda == Bundan əlavə filmdə görünən digər personajlar: Tor, Müharibə maşını, Kapitan Marvel, Biçinçi Qrim, Qraviton, Taskmaster, Kont Nefariya və Baron Zemo. == Çəkiliş heyəti == Ceym Simon — aktyor və səsləndirmə direktoru. == İstinadlar == == Xarici keçidlər == sonypictures.com/movies/avengersconfidentialblackwidowpunisher/ — Avengers Confidential: Black Widow & Punisher rəsmi saytı Avengers Confidential: Black Widow & Punisher (anime) Anime News Network Ensiklopediyasında Avengers Confidential: Black Widow & Punisher — Internet Movie Database saytında.
Konfidant (personaj tipi)
Sirdaş və ya konfidant (ing. confidant) — uydurmada, protaqonistin sirr verdiyi və inandığı personaj. Sirdaşlar mühüm personajlar arasında və ya əksinə, süjetdə ayrı bir rola malik olmayan obrazlar ola bilərlər. == Rol == Sirdaşlar hər hansı bir süjetdə ikinci dərəcəli rola malik olurlar və adətən protaqanistin sirrlərinə qulaq asan, onun şəxsiyyətini araşdıran və ona tövsiyə verən bir dostu canlandırırlar. Protaqonistin monoloji nitqlərində passiv bir dinləyici rolu canlandırmaq yerinə, sirdaşlar hekayənin davam etdirə və ya izləyicinin reaksiyalarını təmsil edə bilər. Termin rəqəmsal dünyada "PocketConfidant" (azərb. Cib-Sirdaşı‎) adı yaratmaqda istifadə olunub. "PocketConfidant" istifadəçilərin süni intellektin yardımı ilə öz problemlərini və işlərini daha yaxşı anlaması üçün nəzərdə tutulan texnoloji bir markadır. == Tarix == Sirdaşın qərb ədəbiyyatında mövcudluğu Qədim Yunanıstan dramına, xüsusilə də Evripidin əsərlərinə gedib çıxır. Hekuba pyesindəki Aqamemnon personajları və Orest preysindəki Pilad protaqonist üçün bir məsləhətçi, öz şəxsiyyətləri üçünsə bir tərcüməçi rolunu canlandırdıqlarından onlar sirdaş kimi xidmət göstərirlər.