Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qonşular (film, 2006)
Qonşular — Ramin Hacıyevin rejissoru və ssenaristi olduğu çoxserialı Azərbaycan bəddi filmi (teleserial). == Məzmun == Filmdə bir binada yaşayan qonşuların başına gələn məzəli əhvalatlardan söhbət açılır. Lakin burada "qonşun pisdir, köç, qurtar" prinsipinə rast gəlinmir. Hamı can deyib, can eşidir. == Film haqqında == Filmin seriyaları Mənim Ailəm, Qısqanclıq, Loto adlanır.
Konsulyar tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Consumer News and Business Channel
«CNBC» (tələffüzü: si-en-bi-si) — kabel və peyk vasitəsilə yayımlanan ABŞ biznes xəbərləri telekanalı. Telekanal «Comcast» şirkətinin sahibi olduğu «NBCUniversal» şirkətinin bir mülküdür və baş qərargahı ABŞ-nin Nyu-Cersi ştatındakı Enqlvud Klifs borosunda yerləşir. Telekanal əsasən ABŞ və beynəlxalq iqtisadiyyatlarını əhatə edirdi, ancaq artıq daha çox biznes-mövzulu sənədli filmlər və realiti şoular yayımlayır. Telekanal 17 aprel 1989-cu ildə «NBC» ilə «Cablevision» şirkətlərinin birgə müəssisəsi olaraq «Consumer News and Business Channel» adı altında təsis edilmişdir. 1991-ci ildə telekanal əsas rəqibini — «Financial News Network» şirkətini satın almış, öz distribusiyasını və işçi gücünü artırmışdır. Daha sonra «Cablevision» telekanalda sahibi olduğu səhmləri «NBC» şirkətinə satmışdır. 2015-ci ilin fevral ayında telekanalın 93.623.000 abunəçisi (ABŞ-dəki ümumi televiziya sahiblərinin 80.4%-i) var idi. Dəyəri 4.000.000.000 ABŞ dolları olan telekanal 2007-ci ildə ABŞ-dəki ən dəyərli 19-cu kabel ilə yayımlanan telekanal olmuşdur. Əsas telekanal ABŞ-də yayımlansa da, «CNBC» telekanalının müxtəlif regionlara və ölkələrə xidmət göstərən lokal variantları da fəaliyyət göstərir. Bu variantların çoxunun sahibi və ya səhmlərinin sahiblərinsən biri – «NBCUniversal».
Çonoslar
Çonoslar — Monqolların qədim bir qolu. Bu qolun nümayəndələrinə Rusiyada, Kalmıkiyada, Buryatiyada və İrkutsk vilayətində, eləcə də Çinin Daxili Monqolustan muxtar vilayətində görmək olar. == Tarixi == Çonos, eləcə də çinos, şonos, şinos və şinod (cəm halında), tək halda - çone(qurd), Monqol dilinin müxtəlif dialektlərində "qurdlar" tərcümə olunur. Yazılı qaynaqlara görə Çingiz xana qoşulan birinci tayfalar sırasındadır. Fəzlullah Rəşidəddinə görə çonoslar Borucigin soyundandırlar.