Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • COPYRIGHT

    copyright1 n müəlliflik hüququ; ~ reserved müəlliflik hüququ saxlanılır copyright2 v müəlliflik hüququnu təmin etmək

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • KOPİRAYT

    ing. copyright – köçürmə hüququ

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • MÜƏLLİF

    ...compiler II. s.: ~ haqqı / qonorarı author’s emoluments pl. ~ hüququ copyright; ~ hüququnun pozulması piracy, break of copyright

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • INFRINGE

    v pozmaq, riayət etməmək; to ~ a law / a contract / a copyright qanunu / müqaviləni / müəlliflik hüququnu pozmaq

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • копирайт

    -а; м. (англ. copyright от to copy - воспроизводить и right - право) а) Охраняемое законом право на издание какого-л. произведения. б) отт. Специальны

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Copyright
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. == Müəlliflik hüquqlarının pozulması == Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. === Nümunələr === Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.