Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Culfaçılıq
Culfaçılıq — Azərbaycanda pambıq parça (bez, cecim və s.) toxuculuğu ilə bağlı ənənəvi sənət növü. Keçmişdə pambıq parçanın özünəməxsus istehsal texnologiyası olmuşdur. Toxuma prosesi culfa dəzgahında nişana və məkik vasitəsilə icra olunurdu. Cecim toxumaq üçün iplik əvvəlcədən müxtəlif rənglərə boyanırdı. Culfaçılıqda bez istehsalı əsas yer tutduğundan, o, bəzzazlıq da adlandırılmışdır. Azərbaycanda əsasən, ev peşəsi səciyyəsi daşımışdır. Naxçıvan, Culfa, Gəncə, Ordubad və s. şəhərlərdə culfaçılıq kustar sənət və əmtəə istehsalı səviyyəsinə qalxmışdır. XIX əsrin 30-cu illərində Ordubad əhalisinin yarıya qədəri bəzzazlıqla məşğul olmuşdur.
Culfalar məhəlləsi
Culfalar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Bəzi mənbələrdə adı Cuhudlar olaraq qeyd olunmuşdur. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur.
Culfalar məscidi
Culfalar məscidi — XIX əsr-əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilmişdir. Memarı Kərbəlayı Səfixan Qarabağidir. İki mərtəbəlidir. Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği. XIX əsrdə Şuşanın Culfalar məhəlləsində tikilmiş eyni adlı məscid də Kərbalayi Səfixanın yaradıcılıq ideyaları əsasında inşa edilmişdir. Məscidin ikinci mərtəbəsində qadınlar üçün nəzərdə tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş qapısı var. Baş fasadın ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərələr qadınlar bölməsini lazımi qədər işıqlandırmağa kifayət edir. Sütunsuz dörd divarla əhatə olunmuş sadə formalı memarlıq və konstruksiya həllinə malik olan ümumi ibadət zalı baş fasad və mehrab tərəfdən qoyulmuş iki pəncərə vasitəsilə işıqlanır. Məscidin dam örtüyü adi yaşayış binalarında olduğu kimi dördbucaqlıdır. Qarşısında çox da geniş olmayan meydan var.
Naxçıvan Culfası
Culfa bu cür başa düşülə bilər: Culfa rayonu — Naxçıvan Muxtar Respublikasının tərkibində rayon; Culfa (Azərbaycan) — Naxçıvan Muxtar Respublikasında şəhər, Culfa rayonunun inzibati mərkəzi; Culfa şəhristanı — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının tərkibində şəhristan; Culfa (İran) — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanında şəhər, Culfa şəhristanının inzibati mərkəzi; Culfa (peşə) — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu.
Çulalı (Sərab)
Çulalı (fars. چوللو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 352 nəfər yaşayır (85 ailə).