Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəvəboynu
Dəvəboynu (Marağa) — İranda kənd. Dəvəboynu dağı — Ordubad rayonunda dağ. Dəvəboynu döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Dəvəboynu — Qax rayonunun şimal-şərqində dağ. Dəvəboynu — Yardımlı rayonunda dağ.
Dəvəboynu (Marağa)
Dəvəboynu (fars. ‎‎‎دوه بوينی‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə). == Tarixi == Dəvəboynu kəndinin əhalisi buranı tərk edərək ətraf şəhər və əyalətlərə köç etmişlər. Lakin bəzi ailələr 2005-ci ildə ata-baba kəndlərinə yerləşməyə qərar vermiş və burada daimi məskunlaşmışlar. Bu dövrdə kənd yalnız elektrik enerjisindən istifadə edir və başqa şəraiti yoxdur. Dəvəboynu kəndinin təxminən yaşı 300-dür. Lakin kənddə qədim dəfn yerlərinin olması və köhnə mağaraların mövcudluğu onun qədimliyini göstərir. Dinozavr qalıqlarının aşkar edilməsi böyük əhəmiyyət daşıyır. Şəhərdən uzaqda yerləşməsi və asfalt yolların olmaması səbəbindən bu kənddə nəqliyyat digər kəndlərə nisbətən daha azdır.Bununla belə bu kənddə çox təmiz hava müşahidə olunur.
Dəvəboynu dağı
Dəvəboynu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3563,0 m). Zəngəzur silsiləsinin suayırıcısında Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Şimal-qərb yamacında andezitli porfirit lava-brekçiyaları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Dəvəboynu döyüşü
Dəvəboynu döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Ərzurum vilayətində baş tutan döyüş rusların qələbəsi ilə başa çatmışdır.