Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirza Delibaşiç
Mirza Delibaşiç (serb-xorv. Mirza Delibašić / Мирза Делибашић; 9 yanvar 1954, Tuzla — 8 dekabr 2001, Sarayevo) — Yuqoslaviya basktebolçusu, ölkə tarixinin ən yaxşı basketbolçularından biri. Oyun qurucu, hücumçu müdafiəçi və qısa hücumçu mövqeyində oynayırdı. Oynadığı klublar: Sloboda, Bosna və Real Madrid. Yuqoslaviya komandası tərkibində 1975-1977-ci illərdə keçirilən Avropa çempionu, 1978-ci ilin dünya çempionu və 1980 Yay Olimpiya Oyunları çempionu. 2000-ci ildə Bosniya və Herseqovinanın XX əsrdəki ən yaxşı idmançısı seçilmişdir. == Bioqrafiyası == Uşaq ikən Mirza Delibasiç tennislə ciddi məşğul olumuş və yeniyetmələr arasında Bosniya və Herseqovina çempionu olmuşdur. 15 yaşında tennisi basketbolla dəyişdirməyə qərar verir. Onun qərarına iki amil təsir etdi: Tuzlada qapalı tennis kortu yox idi və buna görə də yayda oynamaq və məşq etmək mümkün idi, üstəlik, başqa bir idmançı, yerli siyasətçinin oğlu Mirzanin əvəzinə Çexoslovakiyadakı turnirə göndərilir. Sloboda klubunun təlim-məşq toplanışına ilk dəfə 1968-ci ilin payızında gəlmiş və komandada 4 il oynamışdır.