Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəmirqapı
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir.Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Rusiyanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Bu şəhər üçün "Dərbənd" adı ilk dəfə 7-ci əsrə aid mənbələrdə qeyd olunmuşdur.
Dəmirqapı (Dunay)
Dəmirqapı (serb. Ђердапска клисура, rum. Porţile de Fier) — Dunay çayı yatağının Karpat və Stara-Planin dağlarının birləşdiyi yerdən keçən ensiz hissəsi. Çay qapısı adlanan bu ərazi Serbiya və Rumıniya sərhəddində, Orşov şəhərindən cənubda yerləşir. Uzunluğu 15 km, eni 162 m. olan bu ərazi Avropanın ən gözəl məkanlarından biri hesab olunur. == Təbii və tarixi-mədəni əhəmiyyəti == Çayın sağ sahilində Serbiyanın Cerdap Milli Parkı yerləşir. Dəmirqapının ən qədim yerli əhalisi romandilli valaxlar olmuş. Valaxlar heyvandarlıqla məşğul olan yarımköçəri tayfalar idi. Çayın şimal sahilində isə müasir rumınların əcdadları məskunlaşmış.
Dəmirqapı (Mavəraünnəhr)
Dəmirqapı və ya qədim variant ilə Temir Qapıq — tarixi dövrlərdə Orta Asiyanın Mavəraünnəhr hissəsinin cənub bölgələrində yerləşmiş olan tarixi məşhur keçid. Qəbul edilmiş fikirlərə görə, bu yer Bəlx şəhərini Səmərqəndə bağlayan yol üzərində qayalıq keçid və ya dağ boğazı idi. Səkkinci əsrin ilk on illərindən tarixləndirilən türk runic hərfli abidələrində Temir Qapıq topinimi tez-tez anılmaqdadır. == Mövqe == Tonyukuk abidəsindən göytürklərin İnci çayını (Amudərya) keçərək düşmənlərini Dəmirqapının ö tərəfinə qovub imperiyanın hüdudlarını Göytürk abidələrində daima imperiyanın qərb sərhədləri sayılan Dəmirqapı keçidinə qədər genişlətmiş olduqlarını bilirik. Qəbul edilmiş fikirlərə görə, bu yer Bəlx şəhərini Səmərqəndə bağlayan yolun üzərində qayalıq keçid olmuşdur. Tomsenə görə, 12–20 m genişliyində, 3 km uzunluğunda dar dağ keçidi dünyanın ən möhtəşəm şeylərindən biridir. Ən məşhur Dəmirqapı heç şübhəsiz Göytürk abidələrinin bayaq adı keçən Mavəraünnəhrdəki Baysun-tau dağında, bü günki Dərbənd adlı kəndin yaxınlığında, köhnə Səmərqənd-Tirmiz yolu boyunda yerləşməkdədir. Birinci dəfə boğazdan 630-cu ildə keçən və bu ətrafları bu sözlərlə izah edən məşhur çinli səyyah Hiuan-tsanq demişdir: Şurab (Şurob) çayının nisbətən geniş vadisi 9-10 kilometrə qədər uzanır. Cənubdan, dərə Susyztau silsiləsi ilə (Susiztag), şimaldan Sarymas dağı ilə (1886 m) ilə həmsərhəddir. Bundan əlavə, kiçik Çak-Çak (Çakçak) çayının vadisi Akrabatski aşırımına aparır.
Dəmirqapı (dəqiqləşdirmə)
Dəmirqapı (Dunay) — Dunay çayı yatağının Karpat və Stara-Planin dağlarının birləşdiyi yerdən keçən ensiz hissəsi. Dəmirqapı Dərbənd — Dağıstanın Dərbənd şəhərinin digər adı. Dəmirqapı (Şavşat) — Türkiyədə yaşayış məntəqəsi. Dəmirqapı (Mut) — Türkiyədə yaşayış məntəqəsi.
Dəmirqapı Dərbənd