Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dinəvəri
Əbu Hənifə əd-Dinəvəri (fars. ابوحنيفه دينوری‎, kürd. Dînewerî; 828, Dinəvər, Kirmanşah ostanı – 895) — fars və ya kürd mənşəli ərəbdilli astronom, botanik və tarixçi. == Həyatı == "Şeir və şairlər kitabı", "Nəsarət kitabı" və s. ədəbi-filoloji əsərlərin müəllifidir. Çoxcildlik "Bitkilər kitabı"na ​​ərəb şairlərinin bitkilərdən bəhs edən və ya təsvir edən şeirlərini daxil etmişdir. "Uzun xəbərlər kitabı" tarixi əsəri tam formada qorunub-saxlanılmamışdır. Bu, ərəb klassik nəsri nümunələrindən biridir. Kitabda ümumi tarixdən məlumatlar və 637-ci ildən IX əsrin ortalarına qədər İran tarixinə dair əhəmiyyətli materiallar toplanmışdır. Mətn 1888-ci ildə Leydendə rus şərqşünası Vladimir Qirqas tərəfindən nəşr edilmişdi.
Əd-Dinəvəri

Aqşin Ənvərli
Aqşin Ənvərli (10 oktyabr 1994, Qəbələ – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi. == Hərbi xidməti == Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb.