Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulbophyllum pendulum
Bulbophyllum pendulum (lat. Bulbophyllum pendulum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cirsium pendulum
Sallaq qanqal (lat. Cirsium pendulum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Ribes pendulum
Qırmızı qarağat (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir. == Ekologiyası == Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır. == Azərbaycanda yayılması == Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.