Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalğaqıran
Dalğaqıran (brekvater) — port akvatoriyası, dəniz, göl, su hövzələri və s.nin sahilboyu hissəsini dalğalardan (külək dalğalarından) və axınlardan mühafizə edən hidrotexniki qurğu. == Haqqında == Dalğaqıran dalğalardakı enerjini söndürür və ya dalğalar ondan əks olunaraq geri qayıdır. == Növləri == Təyinatına və konstruktiv əlamətlərinə görə hüdudlayıcı (qoruyucu) və sahil qoruyan dalğaqıranlar olur. Hüdudlayıcı dalğaqıran liman akvatoriyasının girişində, sahilə toxunmayan hissədə yerləşdirilir. Belə dalğaqıranlar bütöv (şaquli və ya maili profilli, eləcə də qarışıq tipli), açıq (su buraxmaq üçün deşikləri olan), üzən, pnevmatik və hidravlik növlərə ayrılır. Gəmiçilik işləri dalğaqıranın bir və ya hər iki tərəfindən yerinə yetirilə bilər. Şaquli profilli bütöv dalğaqıranlar qra vitasiyalı və yortaclı olur. === Qravitasiyalı dalğaqıran === Qravitasiyalı dalğaqıran beton bloklardan (400 t-adək), yaxud daş əsas üzərində qurulmuş böyük diametrli örtüklərdən (qabıq konstruksiyalardan) düzəldilir. Yortac tipli dalğaqıran (iki cərgəli, yaxud özəkli konstruksiya) qruntla doldurulub bərkidilmiş yortac və ya şpuntdan qurulur. Maili profilli bütöv dalğaqıranlar yamacları bərkidilmiş və ya bərkidilməmiş torpaq damba növlərinə ayrılır.
Dalğaların interferensiyası
Dalğaların interferensiyası — fəzanın hər bir nöqtəsində sabit amplitudlu rəqslər yarada bilən dalğaların toplanmasına deyilir. Yalnız koherent dalğalar dayanıqlı interferensiya mənzərəsi yarada bilər. Koherentlik şərtləri — toplanan dalğaların eyni tezlikli olmalı və fazalar fərqı zaman keçdikcə sabit qalmalıdır. Maksimumluq şərti — yollar fərqi tam sayda dalğa uzunluğuna bərabər olan yerlərdə baş verir, Δl=nλ. Minimumluq şərti — yollar fərqi tək sayda yarımdalğa uzunluğuna bərabər olan yerlərdə yaranır, Δl=(2n+1)λ\2. Mexaniki dalğalar — mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Elektromaqnit dalğaları — elektromaqnit rəqslərinin fəzada yayılmasıdır. Dalğa uzunluğu — dalğanın bir period ərzində dalğanın yayıldığı məsafədir, λ=v·T=v\ν. Burada v-dalğanın sürəti, T-periodu, ν-tezliyidir. Ölçü vahidi BS-də metrdir, 1m.