Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Damarçın
Damarçın- Azərbaycan Respublikası Şəki rayonu ərazisində çay. == Toponimikası == Damarçın Şəki rayonu ərazisində çay.Aşağı axarında Kiş çayı adlanır. Çayda tez-tez sel hadisələri baş verir. Şəki şəhəri yaxınlığında çayın üzərində iki SES tikilmişdir. Aşağı axarında suvarma üçün geniş istifadə olunur. Hidronim damar (toponimik termin kimi "çay yatağı, axar su hövzəsi, çay, çay qolu, arx" mənalarında işlənir) və -çın (qədim element olub, -cıq şək.-sinə uyğundur) komponentlərindən düzəlib, "kiçik çay", "çay qolu", "çay yatağı" deməkdir. == Həmçinin bax == Kiş (Şəki) == Xarici keçid == https://sites.google.
Yararsız torpaqlar
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir. İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Axarsız sahələr
Axarsız sahələr — səth suları dənizlərə və ya Dünya okeanına axıb çatmayan quru iqlimi olan sahələr. Ancaq mənbələrini xeyli rütubətli sahələrdən götürən çox böyük çaylar bu sahələrdən axıb keçir və dənizə tökülür (tranzit çayları məs.: Nil). Kiçik çaylar isə ya qapalı şor göllərə (Balxaş, Çad və b.). Kontinental çökmə suxurlarının geniş yayılması A.c. üçün xarakter xususiyyətdir. Bəzi məlumata görə A.c.üçün 28 milyon km ərazini tutur ki, bu da bütün qurunun 17%-ni təşkil edir.
Damarlı üskükotu
Damarlı üskükotu (lat. Digitalis nervosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər. Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15–20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür. Qutucuğun uzunluğu 9–12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir.
Amansız qatillər (film, 1994)
Amansız qatillər — rejissor Oliver Stounun 1994-cü ildə çəkdiyi film. Əsas rolları Vudi Harrelson, Culyett Lyuis, Robert Dauni-kiçik və Tommi Li Cons ifa edirlər. == Məzmun == Film uşaqlıq travmasına məruz qalmış iki psixopat sevgilinin əhvalatıdır. Onların serial qətlləri KİV tərəfindən işıqlandırıldıqca onlar bütün ölkədə məşhurlaşırlar.
Rus daması üzrə SSRİ çempionatı 1968
Kişilər arasında rus daması üzrə 28-ci SSRİ çempionatı 1968-cu ildə Bakı şəhərində dairəvi sistem üzrə keçirilmişdir. Ölkə birinciliyini Nikolay Abasiyev, ikici yeri Vitali Qabrilyan, üçüncü yeri isə Aleksey Ustinov tutmmuşdur == Yarış cədvəli == (1 — qələbə, = — heç-heçə, 0 — məğlubiyyət) == Ədəbiyyat == Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Rus daması üzrə SSRİ çempionatı 1979
Kişilər arasında rus daması üzrə 39-cu SSRİ çempionatı 1979-cu ildə Bakı şəhərində dairəvi sistem üzrə keçirilmişdir. Ölkə birinciliyini Viktor Litvinoviç, ikici yeri Mixayil Raxunov, üçüncü yeri isə Aleksey Ustinov tutmmuşdur == Yarış cədvəli == (1 — qələbə, = — heç-heçə, 0 — məğlubiyyət) == Mənbə == Архив журналов "Шашки" 1980 №3 == Ədəbiyyat == Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Kişilər arasında rus daması üzrə SSRİ çempionatı 1988
Kişilər arasında rus daması üzrə 48-ci SSRİ çempionatı 1988-ci ilin oktyabrında, Bakı şəhərinin mərkəzi sayılan Beş Mərtəbə adlanan yerin yaxınlığında, yenicə açılan respublika şahmat mərkəzində keçirilmişdir. Yarışma iki mərhələdə aparılırdı. Birinci mərhələ 10–20 oktyabr aralığında 32 damaçının iştirakı ilə keçirilmişdir. İsveçrə sistemi üzrə 9- yur keşirilmişdir. İkinci mərhələ 21–30 oktyabr aralığında dairəvi sistem üzrə keçirilmişdir. Bu mərhələdə 10 qrosmeyster və 2 master iştirak edirdi. Birinci və ikinci yerləri moskvalı Nikolay Abasıyev və kiyevli Mixayil Raxunov, bürünc medalı isə mariyampoleli Arunas Norvayşas tutmuşdur. == Yarış cədvəli == == Ədəbiyyat == Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.