Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Damdabaca (Germi)
Damdabaca (fars. دامداباجا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (22 ailə).
Damdabacalar
Damdabacalar — Azərbaycan mifologiyasında şər ruhların bir növü. == Fəaliyyəti == Damdabacalar bütün evlərin həyətlərində yaşa bilər. Ancaq onlar böyük sayda məscidlərin, köhnə evlərin, dəyirmanların xarabalıqlarında yaşayırlar. Axşamdan sonra həyətə isti su tökülməməlidir. Çünki isti su damdabacaların uşaqlarını yandırır və bu mifik varlıqlar yanmış uşaqlarının intiqamını almağa başlayır.Damdabacalar insanların yeni doğulmuş sağlam uşağını özlərinin zəif doğulmuş körpələrinin hər hansı biri ilə dəyişdirmək, və ya həm ananı, həm uşağı boğmaq üçün Hal anası ilə oxşar bir şəkildə doğuşun olduğu otaqda hazır şəkildə gözləyirlər. İnsanlar qadını qorumaq üçün zahıya papaq geydirir ki, damdabaca yataqda yatanın qadın yox, xəstə kişi olduğuna inansın. Bəzən isə doğum edən qadının başının üstünə xəncər və ya qılınc asılır. Həmçinin Məryəm olaraq səsləyərək damdabacanı qadının adının Məryəm olduğuna inandırmağa çalışırlar. Belə düşünülür ki, damdabacalar Məryəm adına görə qadına yaxınlaşmır.Uşaqlar dəcəllik eləməsin deyə, valideynlər uşaqlarının yanında həmişə damdabacalardan danışırlar: "Onlar uşaqlara "görünürlər", lakin heç vaxt uşaqlara ziyan vurmurlar" Uşaqları qorxutmaq üçün deyərlər ki, "danışsaz, damdabaca gəlib sizi aparar".Şamaxı bölgəsinə aid bir hekayəyə görə, gecə dəyirmanda qalan bir kəndli bura adamların gəldiyini görmüşdür. Bu adamlar zurna çalıb rəqs edir, əylənir və cürbəcür meyvələr yeyirdilər.
Damlamaca
Damlamaca — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəmcəmli kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 0 nəfər əhali yaşayır.