Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Danakil
Danakil — Afrikanın şimalında, Efiopiyanın şimalında, Eritreyanın cənub-şərqində yerləşən səhra. Avropalılar tərəfindən XX əsrin birinci yarısında aşkarlanmışdır. Səhra 100 000 km² sahəni əhatə edir. Danakil səhrasına 100–200 mm yağıntı düşür. дождя. Havanın temperaturu 63°С, səhtdə isə 70°С olur. Səhrada Afar xalqı yaşayır. Əsasən duz hasilatı ilə məşğul olurlar. 2000 metr dərinlikdə duzun aşkarlanması buranın vaxtı ilə okeanın dibi olmasını isbatlayır. Kaliy ehtiyatlarının 105 milyon ton olması ehtimal edilir.
Danae
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri: == Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.
Danabaş kəndinin müəllimi
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. 1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1).Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir. == Süjet == Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır. Azərbaycanın kəndlərinin birində - Danabaş kəndində məmurların ilk baxışda yaxşı bir niyyət kimi görünən məktəb açmaq ideyası ilə yerli əhalinin bu hadisəyə mənfi münasibəti arasındakı ziddiyyət komik konfliktin əsasında dayanır.
Danabaş kəndinin məktəbi
Danabaş kəndinin məktəbi və ya Danabaş kəndinin müəllimi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestinə daxil olan 2-ci əsər.
Danae racemosa
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri: == Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.
Danabaş kəndinin müəllimi (komediya)
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. 1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1).Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir. == Süjet == Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır. Azərbaycanın kəndlərinin birində - Danabaş kəndində məmurların ilk baxışda yaxşı bir niyyət kimi görünən məktəb açmaq ideyası ilə yerli əhalinin bu hadisəyə mənfi münasibəti arasındakı ziddiyyət komik konfliktin əsasında dayanır.
Danabaş kəndinin əhvalatları (povest)
Danabaş kəndinin əhvalatları — Cəlil Məmmədquluzadənin povesti. == Haqqında == Cəlil Mənməd Quluzadə 1894-cü ildə yazdığı "Eşşəyin itməkliyi" və "Danabaş kəndinin məktəbi" əsərlərinin ümumi adı. Əsərin əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) Əlyazmalar İnstitutunun fondunda saxlanılır (inventar VI-359 (3595)).Tədqiqatçıların əksəriyyətinin fikrinə görə, Cəlil Məmmədquluzadə bu ad altında silsilə əsərlər yazmağı nəzərdə tutubmuş. Həmin əsərlər "Danabaş kəndinin əhvalatları" ümumi ad - sərlövhə altında birləşəcəkmiş. Onlardan biri ("Eşşəyin itməkliyi") yazılmış, ikincisi ("Danabaş kəndinin məktəbi") yarımçıq qalmışdır. "Danabaş kəndinin əhvalatları" adı isə "Eşşəyin itməkliyi" əsəri üzərində qalmış, bu povest "Danabaş kəndinin əhvalatları" adı ilə məşhurlaşmışdır. Əsər ilk dəfə yazıçının ölümündən sonra ayrıca kitabça kimi dərc olunmuş (1936), sonralar ədibin müxtəlif kitablarına, o cümlədən "Əsərləri" (1936), üçcildlik və altıcildlik "Əsərləri"nin I cildinə (1966, 1983) daxil edilmişdir. == Süjet == Əsərin sərlövhəsindən sonra kiçik bir remarka ("Nağıl edibdi lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil") və Sokratın sözlərindən epiqraf verilib: "Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafının səsidir ki, hamıda o insaf var.
Razi Daneş Məşhədi
Razi ibn Əbu Turab Məşədi (Daneş adı ilə tanınır) (1665-ci ildə vəfat edib) — 1655-1662-ci illər arasında Moğol imperiyasının İran şairi laureatı. İsfahanda anadan olub. Atası Hindistana köç edən və Heydərabadda 1650-ci ildə vəfat etmiş bir şair idi. Daneş atasının ölümündən əvvəl Hindistana getdi. Daneş Sultan Şahcahanın sarayında qəsidə oxuyaraq 2000 rupi qazandı. Həmçinin o, Şahcahana və Şah Şücaya xidmət etmişdir.
Danakales
Danakales — 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. == Toponimikası == Danakales kənd adı Danaqalası adından təhrifdir. Toponimin "dana" hissəsinin mənası məlum deyil. XIX əsrdə Borçalı qəzasında Tanadaq , Ermənistanda Danasulağı və Danakeçidi, Gədəbəy rayonunda Danatəpəsi, Kəlbəcər rayonunda Danaörüşü topnimləri ilə sıra təşkil edir. "Dana" sözü "Kitabi Dədə Qorqud" eposunda "Tanasazı" toponimində də əksini tapmışdır. Albaniyada bir vəng Tapahat adlanırdı ("Alban tarixi", III kitab, 4-cü fəsil).
Heracleum panaces
Adi baldırğan (lat. Heracleum sphondylium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. == Sinonimləri == Heracleum alpinum subsp. benearnense Rouy & E.G.Camus Heracleum alpinum subsp. pyrenaicum (Lam.) Rouy & E.G. Camus Heracleum alpinum var. pyrenaicum (Lam.) Pers. Heracleum austriacum var. elegans Crantz Heracleum ceretanum Sennen Heracleum granatense Boiss. Heracleum longifolium Jacq. Heracleum montanum Schleich.
Nikolas Kanales
Nikolas Sebastian Kanales (isp. Nicolás Sebastián Canales Cala; d. 27 iyun 1985, Santyaqo, Çili) — Neftçi Bakı klubunun keçmiş və Çili milli futbol komandasının hücumçusu. == Karyerası == Nikolas Kanales 1985-ci ildə Çilinin Santyaqo şəhərində anadan olub. Uşaqlıqda Universidad de Chile klubunun futbol akademiyasında oynayıb, 2005-ci ildə isə bu klub ilə müqavilə imzalayıb. Gələn il Nikolas doğma komandasını tərk edir və Portuqaliyada Benfika B klubunda, daha sonradan Gondomar komandasında top qovur. 2007-ci ildə yaxşı formada olan Nikolas Kanales Rumıniyanın köklü klublarında olan ÇFR Kluj ilə 3 illik müqavilə imzalayır, lakin ÇFR-də əsas heyətə düşə bilmir və 2008-ci ili icarə əsasında Union Espanola, 2009-cu ili isə Cobresal klubunda keçirir. 2010-cu ildə Nikolas Kanales Çiliyə qayıdır və Palestino klubu ilə iki illik müqavilə imzalayır. Burada Nikolas əsas oyunçulardan birinə çevrilir, 73 oyuna 34 qol vurur və 2012-ci ilin mart ayında Çili milli futbol komandasına çağırılır. 2012-ci ildə Nikolas Kanales Neftçi Bakı klubuna transfer olunur və hal-hazırda Nikolas Azərbaycan Premyer Liqası 2012/2013-ün ən yaxşı bombardiridi.
Danaus archippus
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Danaus menippe

Danaus plexippus

Jan Mankes
Jan Mankes (15 avqust 1889, Meppel – 23 aprel 1920, Eerbeek) — holland rəssam. İşlədiyi mövzular avtoportretlər, mənzərə, quş və digər heyvanlar olmuşdur. Təhsilini Haaqadakı Kral İncəsənət Akademiyasında almış, Kris Lebau, Jan Şouten və Herman Veldhuisin tələbəsi olmuşdur. Karyerası boyunca təqribən 200 tablo, 100 eskiz yaratmışdır. 30 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Əsərləri Hollandiya’dakı Şerinqa Realizm Muzeyi, Arnhem Müasir İncəsənət Muzeyi və Belveder Heerenven Muzeyində sərgilənir.
Jorj Dantes
Jorj Dantes (fr. Georges Charles de Heeckeren d'Anthès; 5 fevral 1812[…], Kolmar (Yuxarı Provans Alpları) – 2 noyabr 1895[…], Sulz-Haut-Rin) — fransız zabiti, diplomatı və senatoru. 1837-ci ildə Aleksandr Puşkini dueldə ağır yaralaması ilə məşhurlaşmışdır. Həmin dueldən iki gün sonra Aleksandr Puşkin aldığı güllə yarasından vəfat etmişdir. == Həyatı == Jorj Dantes 1812-ci ilin 5 fevral tarixində Fransanın Kalmar şəhərində varlı zadəgan ailəsində andan olmuşdur. Atası Yozef Konrad Dantesin Jorjdan başqa daha beş övladı vardı və o, Jorjun hərbi təhsil alıb, hərbçi olmasını istəyirdi. Ailəsinin dəstəyi ilə Jorj Dantes Seyint-Küyra hərbi təhsil almağa göndərilir və 1830-cu ildə kavalyer zabiti rütbəsini alır. Jorj 1830-cu ildə Fransada baş vermiş iyul inqilabı zamanı Kral X Karlın partiyasını dəstəkləmişdir. İyul inqilabı nəticəsində dəstəklədiyi tərəfin məğlub olması Jorjun rəqib qüvvələrin nəzarəti altında fəaliyyət göstərməkdən imtina etməsinə səbəb olur və o, atasının malikanəsinə çəkilir. Fransanı xaricdə təmsil etmək üçün Jorj Dantes əvvəlcə Prussiya daha sonra isə Rusiya imperiyasına doğru yola çıxır.
Claire Danes
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Nakəs (film, 1991)
== Məzmun == Filmin baş qəhrəmanı (Avtandil Maxaradze) prinsipsiz və əqidəsiz adamdır. O, bir tikə çörəyini öz zəhməti ilə qazanır. Bunu isə o, başqalarının həyatını yaşamaq hesabına əldə edir: kimə görəsə adam incidəndən qisas alır, başqasının yerinə kiməsə tərəfkeşlik edir, kimisə əvəz edib onu ölümdən qurtarır. Qısaca desək, film "xilasedici" haqqındadır. Eyni zamanda bu, ümumbəşəri əhvalatdır. == Festivallar və mükafatlar == 1)1993-cü ildə Tbilisidə Beynəlxalq "Qızıl Qartal" kinofestivalı Yaradıcılıq axtarışlarına-rejissor orijinallığına və kino dilinin yeniliyinə görə quruluşçu rejissor Vaqif Mustafayevə Priz və Diplom verilmişdir. Ən yaxşı kişi roluna görə aktyor Avtandil Maxaradzeyə Priz və Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Fətəliyev, Vaqif Mustafayev Quruluşçu rejissor: Vaqif Mustafayev Quruluşçu operator: Valeri Ginzburq Quruluşçu rəssam: Rafiq Nəsirov, Nigar Nərimanbəyova Rejissor assistenti: Ülvi Mehdi (titrlərdə yoxdur) Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Vladimir Savin Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov Prodüser: Ella Mirra Baş prodüser: Vaqif Əsədullayev Fotoqraf-rəssam: Pərviz Quliyev === Rollarda === Avtandil Maxaradze Həsənağa Turabov Rolan Bıkov İrina Kupçenko Yaşar Nuri – Mərahim Yelena Sanayeva Hacı İsmayılov Lətifə Əliyeva Ələsgər Qurbanəliyev Arif Kərimov Yuri Nazarov Hamlet Qurbanov Yılmaz Duru Səyavuş Aslan Eldəniz Zeynalov Lev Borisov Həsən Məmmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.