Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baxçacıq sarayı
Baxçacıq sarayı (fars. کاخ و موزه باغچه‌جوق‎) — Qərbi Azərbaycan ostanında Maku şəhərindən 8 km aralıda Baxçacıq kəndində yerləşir. Sarayın tikintisi 1934-cü ildə tamamlanıb. Baxçacıq sarayı 1996-cı ildə İranın "Milli İrs" siyahısına 1739 nömrəsi ilə qeydə alınmışdır. == Ümumi məlumat == Əslində sarayın tikintisinə Maku xanlarından biri olan Teymur Paşa xanın sifarişi ilə başlansa da, əsas işləri Müzəffərəddin şah Qacarın sərdarlarından olan İqbal-üs-səltənə Makuyi titullu Murtuzaqulu xan Bayatın dövründə aparılmışdır. Sarayın inşaası 1934-cü ildə başa çatdırılıb. 1974-cü ildə Murtuzaqulu xanın varislərindən biri Baxçacıq sarayını satın alaraq təmir etdirdi. 1985-ci ildən saray muzeyə çevrilmişdir. Günümüzdə də Qərbi Azərbaycan ostanının ən çox ziyarət edilən turistik mərkəzlərindən biridir. === Memarlıq xüsusiyyətləri === 11 hektarlıq bağın ərazisində yerləşən saray iki mərtəbəlidir.
Almacıq sümüyü
Almacıq sümüyü (лат. lat. os zygomaticum) — kəllənin üz şöbəsinə aid cüt sümüklərdəndir. Almacıq sümüyü alın, gicgah sümükləri ilə müvafiq çıxıntıları ilə, əsas sümüyün böyük qanadı ilə və əng sümüyü ilə birləşir. Almacıq sümüyünün gicgah sümüyünə aid almacıq çıxıntısı ilə birləşməsindən almacıq qövsü meydana gəlir.
Atəşpərəstlər daxması yaşayış yeri
Atəşpərəstlər daxması yaşayış yeri — Qazax rayonunun Xanlıqlar (digər adı Musaköy) və Köçəsgər kəndləri arasında yerləşən qədim yaşayış yeri. E.ə. VI əsrə aid tikili ölkə əhəmiyyətli arxeoloji abidədir.
Tom dayının daxması (roman)
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı == Məzmunu == Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. == Nəşri == ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. === Azərbaycanca === Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla oxuculara 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən görkəmli şair – dramaturq Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.