Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Love, Chunibyo & Other Delusions
Love, Chunibyo & Other Delusions (azərb. Sevgi, çunibyo və digər xəyallar‎), Yaponiyada tanınan adı ilə Chuunibyou demo Koi ga Shitai! (中二病でも恋がしたい!, Chūnibyō demo Koi ga Shitai!, Hətta 8-ci sinif sindromu ilə belə, mən aşiq olmaq istəyirəm) və ya qısaca Chū-2 — Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyası. Əsər 2010-cu ildə Kyoto Animation mükafatı müsabiqəsində uğur qazandıqdan sonra şirkət 2011-ci ilin iyununda ranobeni nəşr etməyə başlamışdır. 4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı və YouTube vasitəsilə ilə hərəsi 6 dəqiqə olmaqla 6 seriyadan ibarət "Lite" ONA seriyası yayımlanmışdır. 2013-cü ilin sentyabrında anime filmi buraxılmışdır. Anime serialının ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" 2014-cü ilin yanvarından martına kimi nümayiş etdirilmişdir. Yeni hekayəyə malik ikinci film "Love, Chunibyo & Other Delusions! Take on Me" 6 yanvar 2018-ci ildə buraxılmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga Entertainment və Animatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.
Illusion Softworks
2K Czech — mərkəzi Çexiyada yerləşən şirkət, Videooyun yaradıcısı. 1997-ci ildə Illusion Softworks adı ilə qurulmuşdur.
Kral Demusin
Kral Demusin (d. 4 – ö. 44) - Goguryeo krallığının üçüncü kralıdır. 18-44-cü illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Ondan sonra hakimiyyətə qardaşı Kral Minjunq keçmişdir.
Brad Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Bred Delson