Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moreya despotluğu
Moreya despotluğu - 1349-cu ildə Axeya knyazlığından alınan torpaqlarda yaradılmışdı. Bizans torpaqları sayılan Moreya əslində öz despot (despotizm ilə qarışdırılmamalıdır) adlanan hakimləri tərəfindən idarə olunurdu. İlk Moreya despotu Kantakuzinlər sülaləsindən Manuel Kantakuzin idi. 1460-cı ilə qədər mövcud olmuş despotluq Dmitri Paleoloqun Osmanlıya təslim olması ilə ləğv edildi.
Serbiya despotluğu
Serbiya despotluğu (Serbcə: Српска деспотовина) — serblərin Osmanlı hakimiyyətinə girmədən əvvəl yaratdıqları son dövlət. 1402-ci ildə serb şahzadəsi Stefan Lazareviçin özünü despot elan etməsi ilə yaranan dövlətin paytaxtı Belqraddır. Dövlət 1459-cu ildə Osmanlı dövləti tərəfindən fəth edilmişdir. == Mənbə == Mala Prosvetina Enciklopedija, Third edition (1985); Prosveta; ISBN 86-07-00001-2 Dušan Spasić, Aleksandar Palavestra, Dušan Mrđenović: Rodoslovne tablice i grbovi srpskih dinastija i vlastele, Second edition (1991); Bata; ISBN 86-7685-007-0 Vladimir Ćorović: Ilustrovana istorija Srba, Vol.
Epir despotluğu
Epir çarlığı (yun. το Βασίλειο της Ηπείρου), həmçinin Epir dövləti və ya Epir despotluğu (yun. Δεσποτάτο της Ηπείρου) — 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra özünü Bizans imperiyasının varis dövlətlərindən biri hesab edən, Angellər sülaləsinin bir qolu tərəfindən qurulan yunan dövləti. O, Nikeya imperiyası və Trapezund imperiyası ilə birlikdə Bizans imperiyasının qanuni varisi olduğunu iddia etmiş, hökmdarları 1227–1242-ci illərdə qısa müddətə özlərini imperator elan etmişdilər (bu dövrdə daha çox Fessaloniki imperiyası adlanır).