Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kompression-distraksion üsulu
Kompression-distraksion üsulu — Sümüklərin sınığı qədim zamanlardan çox zəhmət tələb edən, çox vaxt müvəffəqiyyətsizliklə nəticələnən xəsarətlərdən sayılır. Keçmiş zamanlarda sınıqları müalicə etmək üçün yumurta, saqqız sarğılarından, adi taxta parçalarından, palma yarpağından istifadə edilmişdir. Bu əməliyyatı sadə sınıqçılar və yaxud xalq həkimləri yerinə yetirirdilər. Naşı adamların müalicə etdiyi xəstələrin çoxu ya axsayır, ya da onlarda başqa fəsadlar baş verirdi. Açıq sınıqların müalicəsi daha çətin olurdu. Çox hallarda yaralar irinləyir, irin sümüyə keçir və tibbi dilində desək, “osteomielit” xəstəliyi əmələ gəlir. İlk dəfə məşhur rus cərrahı, müasir cərrahiyyənin atası Nikolay Piroqov sümük sınıqlarında gips sarğılarından istifadə etmişdi. Bu üsul cərrahiyyədə bir inqilab olub, hələ indi də istifadə edilir. Sonra fransız alimləri daimi dartma üsulunu tətbiq etməyə başladılar ki, bu, bir çox üstün cəhətlərə malikdir. Xəstə bir qədər hərəkətli olur və bir çox fəsadların qarşısı alınır.