Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dollhouse
Dollhouse — amerikalı müğənni-bəstəkar Melani Martinesin 19 may 2014-cü ildə Atlantic Records və Warner/Chappell tərəfindən buraxılmış ilk mini-albomu. Mini-albom hip hop duosu Kinetics & One Love tərəfindən prodüserlik edilmiş və birgə yazılmışdır. Dollhouse Billboard Heatseekers albom hit-paradında dördüncü yerə yüksəldi. == Fon == Marketwired qəzeti 7 aprel 2014-cü ildə Martinesin Atlantic Records ilə müqavilə bağladığını bildirdi. Həmçinin Martinesin 19 may 2014-cü ildə debüt mini-albomunu buraxacağı və 4 iyun 2014-cü ildən başlayaraq mini-albomu tanıtmaq üçün tura çıxacağı da açıqlandı. == Hit-paradlarda mövqeyi == Dollhouse 7 iyun 2014-cü ildə Billboard Heatseekers Albomları hit-paradında 13 həftə keçirdi və burada dördüncü sıraya yüksəldi. == Trek siyahısı == Bütün mahnılar qeyd edilənlər istisna olmaqla Melani Martines, Tim Sommers və Jeremy Dussolliet tərəfindən yazılmışdlr. Qeyd edilənlər istisna olmaqla bütün treklərin prodüserliyini Kinetics & One Love etmişdir. tərəfindən yazılmış və bəstələnmişdir.
Dollhouse (mahnı)
"Dollhouse" — amerikalı müğənni Melani Martinesin ilk sinqlı. Mahnı Martinesin 9 fevral 2014-cü ildə aparıcı sinqlı kimi buraxıldığı, özünün adını daşıyan ilk mini-albomunda (2014) səslənmişdir. "Dollhouse" daha sonra Martinesin debüt studiya albomu Cry Baby (2015)-də aparıcı sinql kimi yer almışdır. Bundan əlavə, mahnı ABC Family-də yayımlanan "Pretty Little Liars" teleserialının önizləməsində səsləndirilib. == Fon və kompozisiya == Məlum oldu ki, "Dollhouse" "Cry Baby" albomunun digər sinqlı olan "Sippy Cup"ın prekvelidir (əvvəl baş verənlər). Burada alkoqolik ana ərini və onun məşuqəsini öldürmək qərarına gəlir, öz qızına da əziyyət verir.Lirik olaraq, "Dollhouse" Martinesin fikrincə, "plastik divarın arxasında gizlənən" disfunksiyalı bir ailə haqqındadır. Martines onu da qeyd edib ki, "Dollhouse" insanların məşhurlara və onların mükəmməl görünən ictimai həyatlarına baxışlarının metaforasıdır. == Mahnı klipi == Mahnının klipinin rejissorluğunu Nathan Skial və Tom McNamara edib və 9 fevral 2014-cü ildə Martinesin YouTube kanalına yüklənmişdir. Video kiçik bir qızın kukla evində gəlincikləri ilə oynaması ilə başlayır. Videoda görünən kukla Cry Baby obrazını canlandıran Martinesə bənzəmək üçün makiyaj edilmiş kukladır.