Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eksklüziv
Eksklüziv – məxsusi müsahibə, xüsusi intervyu. Məsələn, eksklüziv müsahibə. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Dini eksklüzivizm
Dini eksklüzivizm (ing. Religious exclusivism) — Dini inanca eksklüzivist yəni inhisarçı mövqedən çıxış edir. Müxtəlif dinlər, cəmiyyətlər, mədəniyyətlər, siyasi fraksiyalar və s. arasındakı əlaqəni anlamaq üçün dinşünaslıqda, antropologiyada və ya vətəndaşlıqda bir neçə yanaşmadan biri. Dini inanca eksklüzivist yəni inhisarçıların fikrincə: Xoşbəxtlik, qurtuluş, kamala çatmaq və yaxud dinin nəhayət amalı hesab olunan hər hansı bir zirvə yalnız bir dinin vasitəsi ilə əldə oluna bilər. Digər dinlərin pərəstişkarları etika baxımından doğru yolda olsalar da öz dinləri onları xoşbəxtliyə çatdıra bilməz. Biz insanlara nicat yolu açmaq üçün yeganə səadət yolunu onlara təqdim etməliyik. Səadət və xoşbəxtlik yalnız Tanrının insanlara qarşı mərhəmətindən asılıdır. Bu səbəbdən Allahın mərhəmətinin harada təzahür etməsini bilməliyik. Bizə qurtuluş bəxş edən İlahi mərhəmətin hansı dində zühur etməsini bildikdən sonra səadət dalınca başqa dinlərin sorağında olmaq mənasız görünür.
Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv
Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv günbəzləri arasında özünün morfoloji ifadəliliyinin kəskinliyi ilə fərqlənir və ətraf ərazi üzərində baxımlı görünüşü ilə heyrətamiz bir mənzərə yaradır. Coğazçayın sol sahilində (Ağstafaçayın sağ qolu), Abasbəyli kəndinin yaxınlığında yerləşən bu günbəz azmeyilli dərətəpəli yerdə basdırılmış nəhəng daş sütununu xatırladır. Günbəz gec təbaşir (santon əsri) dövründə baş vermiş güclü vulkanik püskürmə mərkəzi yerində törəmişdir və albitləşmiş riolitlərdən ibarətdir. Günbəzin nisbi hündürlüyü 250 m, mütləq hündürlüyü 850 m, bünövrəsinin diametri isə 250 m təşkil edir. Göyəuzan günbəzi özünün vulkanik aparatının morfoloji əlamətlərinə görə Vest-İndiyadakı Martinika adasında yer səthinə çıxan (Karib dənizinin Kiçik Antil adaları) məşhur Mon-Pele vulkanik obeliskini xatırladır. Guman edilir ki, vulkanik aktivlik fazasında ekstruziv günbəz daha hündür olmuş və yüksəkliyi 500 m çatırdı. Hazırda bu ekstruziv günbəz Azərbaycan Respublikasının qərb regionundakı Avey təbiət-tarixi qoruğunun ərazisində yerləşir.