Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Encase
Encase — sübutların toplanması və analizi üçün ABŞ Maliyyə Nazirliyinin gizli xidməti. FTB və MTA-nin işlərinə yardım üçün yaradılmışdır. Hazırda açıq satışda olan kommersiya alətidir. İnformasiyanın müxtəlif fayl sistemlərində, müxtəlif əməliyyat sistemlərində, informasiya daşıyıcılarının tipindən asılı olmayaraq axtarışını həyata keçirir.
Encore
Encore Eminemin beşinci studiya albomudur. Albom 16 noyabrda satışa çıxmalı idi, lakin internetə sızdığınnan 12 noyabrda satışa çıxdı. Encore satışa çıxannan sonralı ilk 3 gündə 710,000 nüsxə satıldı. Billboard Top 200 siyahısında ay zirvəyə çıxdı. 17 dekabr 2004-də RIAA tərəfindən 4x Platinium olaraq sertifikatlaşdırılan albom, 2008-in oktaybrına qədər 5.1 milyon nüsxə satdı.
Close to You
Close to You — The Carpenters albomu.
Danger Close Games
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
Fate/Extra Last Encore
Fate/Extra Last Encore (フェイト/エクストラ ラストアンコール, Feito/Ekusutora Rasuto Ankōru, azərb. Tale/Əlavə Son təkrar‎) – Fate/Extra video oyunu əsasında çəkilmiş anime serialı. Shaft studiyası tərəfindən çəkilmiş anime 28 yanvar 2018-ci ildən 1 aprel 2018-ci ilə kimi yayımlanmış və 10 seriya davam etmişdir. Netflix tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Qəribə virtual dünyada oyanan Hakuno Kişinami keçmişi ilə bağlı heç nəyi xatırlamır. Tezliklə bu virtual dünyada yarışan ustalardan birinə çevrilir və Seyber onun xidmətçisi olur. Digər ustalarla birlikdə bu virtual dünyada Müqəddəs qədəh üçün döyüşməyə başlayan Hakuno kim olduğunu da aydınlaşdırmağa çalışır. == Personajlar == == Anime == Fate/Extra video oyunu əsasında anime çəkiləcəyi 22 mart 2016-cı ildə açıqlanmışdır. 2017-ci ildə anime serialının "Fate/Extra Last Encore" adlanacağı və 2017-ci ildə buraxılacağı bildirilmişdir. Anime studiyası Shaft serialı istehsal etmək işinə cəlb olunmuşdur.
So Close, So Far
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. == Süjet == Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.