Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
My Number One
"My Number One" — 2005 Avroviziya Mahnı Müsabiqəsi mahnısı.
Number Ones (albom)
Number Ones — Maykl Ceksonun albomu.
International Securities Identification Number
ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Nömrənin tərkibi == Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
International Standard Serial Number
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Number Ones (Maykl Cekson albomu)
Number Ones — Maykl Ceksonun albomu.
The Number of the Beast (albom)
The Number of the Beast ingilis ağır metal qrupu Iron Maiden -in üçüncü studiya albomudur. 22 mart 1982-ci ildə Böyük Britaniyada EMI Records və ABŞ-də Harvest və Capitol Records tərəfindən yayımlanmışdır. Albom vokalist Bruce Dickinson ilə ilk, zərb qurğusunda ifa edən Clive Burr ilə isə sonuncu albom idi.İngiltərədə siyahılara 1 nömrədən daxil olan ilk ağır metal albomu olmuşdur.İngilis musiqi jurnalı "Kerrang!" tərəfindən hazırlanan "Ölmədən əvvəl dinləməli olduğunuz 100 albom" siyahısında The Number of the Beast 36.yeri tutmuşdur.Q jurnalının isə "Bütün vaxtların ən sərt 50 albomu" siyahısına daxil olmağı bacarmışdır. The Number of the Beast tənqidi və kommersiya uğuru ilə qarşılandı və qrupun Böyük Britaniya Albomları Qrafikində birinci yerə çıxan və ABŞ Billboard 200 -də ilk 40-a çatan ilk albomu oldu. Albomda mövcud olan" Run to the Hills " və " The Number of the Beast " sinqlları qrupun İngiltərədə ilk 10-luğa daxil olan ilk parçaları idi. Albom, qapağında və daxilindəki mahnıların başlıqlarında dini istinadlar olması səbəbi ilə əsasən ABŞ-də olmaqla bir çox yerdə tənqidə məruz qaldı.
Əncümən
== Ümumi məlumat == Əncümən- Məşrutə inqilabı (1905-1911) dövrünə aid seçkili inqilabi orqan. Əncümənlər İranın və Azərbaycanın bir çox böyük şəhərlərində var idi və inqilabın müdafiəsində və inkişafında mühüm rol oynayırdılar. 1906 ilin sentyabrında Təbrizdə, şah sarayının məşrutənin(konstitusiyanın)verilməsinin qarşısını almaq cəhdlərinə qarşı böyüyən etiraz zamanı, hərəkatın rəhbərliyi üçün İran tarixində ilk dəfə əhali tərəfindən əncümən seçildi və bununla da bütün İranda əncümənlərin təşkil olunmasının əsası qoyuldu. Təbriz hadisələrinin şahidi, Məhəmməd Bağır Vicuei xəbər verir ki, Təbriz əncüməninə seçkilər, tacirlərdən, sənətkarlardan, zadəganlardan, ruhanilərdən, mülkədarlardan və əkinçilərdən, sentyabr-oktyabr aylarında keçirildi. Əncümənin tərkibinə , əsasən ruhanilərdən, tacirlərdən və mülkədarlardan 20 nəfər adam seçildi. Seçilmişlərin arasında Təbrizin baş müçtəhidi hacı Mirzə Həsən, mülkədarlar Nizam üd Dövlə, Bəsir əs Səltənə, Məlik üt Tuccar, tacir hacı Mirzə -Ağa Kuzəkünani və başqaları vardı. Əncümənin iclaslarında həmçin sənətkarların da nümayəndələri iştirak edirdilər.Əncümənin sədri hacı Nizam üd Dövlə seçilmişdir. == İnqilabın inkişafında əncümənlərin rolu == Hətta 1907 ilin yayında şah hökuməti tərəfindən Azərbaycanın qeneral-qubernatoru seçilmiş, köhnə məktəbdən sayılan və enerjili inzibatçı olan Fərmanfərma, şəhərdə hakimiyətin tamamilə əncümənin əlində olması ilə barışmışdı;1907 ilin axırında, osmanlılara qarşı yürüş bəhanəsi ilə o Təbrizdən Savucbulaqa gedir, sonra isə Azərbaycan qeneral-qubernator vəzifəsindən istefa verir.(Səciyəvidir ki, osmanlılara qarşı yürüş üçün pulu Fərman-Fərma əncüməndən alır- bu əncümənin təsirinin gücünün göstəricisidir) 1906 ilin sonunda İsfahanda da əncümən təşkil olunur. O həftədə iki dəfə iclas edirdi və İsfahanın və İsfahan əyalətinin idarəsinin bütün işlərinə qarışırdı. 1907 ilin yanvarında, əhalinin müxtəlif təbəqələrindən olan, 30 nəfərdən ibarət əncümən Şirazda yaranır.1907 ilin əvvəlində Təbrizdən Tehrana gedən Təbriz məclisinin deputatalarının fəal iştirakı ilə Gilan əyalətinin mərkəzi Rəştdə əncümən yaradılır.
Əncümən (qəzet)
Əncümən (qəzet) — 1906-cı il oktyabr ayının 19-dan — 1911-ci ilədək Təbrizdə Mirzə Əli Əkbər Vəkilinin redaktorluğu ilə nəşr olunan mətbu orqan. == Haqqında == Təbrizdə Məşrutə qanunu elan edildikdən sonra çıxan 1-ci mətbu orqanı "Ruznaməyi-milli" ("Milli qəzet") olub. Bir müddət sonra bu ad da dəyişilib. "Cəridəyi-milli" adı ilə çıxdı. Qəzet 38 sayından "Azərbaycan əyalət əncüməni"nin rəsmi orqanı kimi fəaliyyət göstərərək "Əncümən" adı ilə yayıldı. Qəzet 1906-cı il oktyabr ayının 19-dan Təbrizdə Mirzə Əli Əkbər Vəkilinin redaktorluğu ilə nəşr olunub. İlk illərdə həftədə 2 dəfə, Mahmud Qənizadənin redaktoru olduğu illərdə isə həftədə 3 dəfə çap olunub. Qəzetin titul səhifəsində XI-XIV əsrdə Azərbaycanın Atabəylər dövlətinə mənsub olan sonralar isə Qacarların rəsmi embleminə çevrilən Şir və günəş əks olunmuşdu. Qəzetin nəşri 1911-ci ilədək davam etmişdir. Qeyd etmək lazımdır ki, "Əncümən" Məşrutə inqilabı dövründə işıq üzü görən ilk milli orqan idi.