Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anti-Dürinq
"Anti-Dürinq" (1876 −1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 −1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.