Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Enginalan (İğdır)
Enginalan — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901 və 1928-ci il mənbələrində ermənicədə "kurqan" anlamına gələn Pulur şəklində keçməkdədir. == Coğrafiyası == İğdırdan 8 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 1463 erməni yaşayırdı.
Əngirəvan
Əngirəvan — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 13 km cənub-şərqdə, Maşaver çayının sağ sahilində yerləşir. == Tarixi == Borçalı bölgəsində "Əngirəvan-Səməkürə" yaşayış məntəqəsi adına XVI əsrə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 7 ailədə 48 nəfər, 1926-cı ildə 21 ailədə 133 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 162 nəfər (86 nəfəri kişilər, 76 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 167 nəfər əhali yaşayır.
Əngəman (Urmiya)
Əngəman (fars. انگمان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (28 ailə).