Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Epifit
Epifit — həyatınn bir hissəsini və ya hamısını başqa bitkilər üzərində keçirən, torpaqla əlaqəsi olmayan ağac və ot bitkiləri. Başqa bitkilərin yarpaqları üzərində yaşayan bitkilər epifillər adlanır. == Xarakteristikası == Epifilər parazitlərdən fərqli olaraq, qida maddələrini üzərində yaşadıqları bitkilərdən almır. Əsasən tropik meşələrdə yayılmışdır. Az rütubətli isti yerlərdə olan epifitlər mamır, şibyə, qıjı və yosunlardan ibarətdir. Epifitlər iki əsas qrupa bölünür: yarımepifitlər və əsl epifitlər. === Yarımepifitlər === Yarım epifitlər inkişafa ağaclarda başlayır. Bir müddətdən sonra torpağa işləyən və ondan su, mineral maddələr alan uzun əlavə köklər əmələ gətirir. === Əsl epifitlər === Əsl epifitlər ömrü boyu ağaclarda torpaqla əlaqəsi olmadan yaşayır. Belə epifitlər tez-tez su və mineral maddələrdən korluq çəkir.
Epifiz
Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, Serotonin və Adrenoqlomerulotropin hormonlarını sintez edir. == Yerləşmə == Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır.