Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pterophyllum scalare
Pterophyllum scalare (lat. Pterophyllum scalare) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tsixlosomkimilər dəstəsinin tsixlosomlar fəsiləsinin skalyarlar cinsinə aid heyvan növü. Arealı: Cənub amerika, Peru amazonu , Eucador Boy: 15 sm. Üzmə səviyyəsi: orta Bəslənmə forması: heyvan ilə bəslənən Akvarium suyu: ph 6,5-7,5-26 C-artıma 27-28 C Ən az akvarium həcmi: 120 lt. Yüksəklik 50 sm.Bir çox hobbiçinin, akvariumunda olmasını istədiyi bir növdür. Çox zərif balıqlardır. Cinsiyyətlərini ayırmaq bəzən çətindir. Eyni qərbin balalarda daha tez böyüyən və inkişaf edən, orta boylara gəldiyində akvarium içərisində orta dərəcə təcavüzkar olan mələklər ümumiyyətlə kişilərdir. Yetkin mələklərdə cinsiyyət ayrı-seçkiliyi isə, kişilər dişilərə Nəzərən daha iri və dəbdəbəli, alınları daha geniş və bir çıxıntı (hörgüç) vardır. Sperma balonu qısa, incə və iti ucludur.