Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı — Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri. == Həyatı == Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Ailəlidir, bir qızı və bir oğlu var. 1977-79-cu illərdə sovet ordusu sıralarında Moskva şəhərində yerləşən V. V. Kuybışev adına Hərbi Akademiyasında həqiqi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib. 1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndərmişdilər. Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirmişdir. Özü bu bəradə belə deyirdi : "Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu İlya Prudovski di.