Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülşiftə Fərahani
Gülşiftə Fərahani — İran kino və teatr aktrisası. İran aktoru Behzad Fərahaninin qızı və Şəqayiq Fərahaninin kiçik bacısıdır. Gülşiftə Fərahani teatrda altı yaşından, kinoda isə 14 yaşından rol alıb Gülşiftənin adını dünyada dillərə salan, onun 2007-ci ildə Leonardo Di Kaprio ilə birlikdə oynadığı film "Bir Ovuc Yalan" (ingiliscə: Body of Lies) olmuşdur.
Ədibülməmalik Fərahani
Mirzə Sadıq xan Hacı Mirzə Hüseyn oğlu Ədibülməmalik Fərahani (1861-1917)—İran şairi, Məşrutə hərəkatının üzvü. == Həyatı == Mirzə Sadıq xan Ədibülməmalik Fərahani öz ədəbi fəaliyyətinə 1898-ci ildə Təbrizdə "Ədəb" dərgisində başladı. O, şeir və məqalələrini bu dərgidə dərc etdirirdi. 1903-cü ildə Tehranda "İrani-Sultani" qəzetinin redaktoru oldu. 1905-ci ildə Bakıda mütərəqqi ideyaları ilə tanınan "İrşad" qəzetində çalışmağa başladı. 1905-1906-cı illərdə artıq məşhur şair idi. Mirzə Sadıq xan Ədibülməmalik Fərahani 1906-cı ildə İranda çıxan "Məclis" qəzetinə başçılıq edirdi. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Fərahan şəhristanı
Fərahan şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fərməhin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 31,152 nəfər və 8,900 ailədən ibarət idi.
Mirzə Əbülqasım xan Qaimməqam Fərahani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779–1835) — İranın baş naziri. == Həyatı == Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. == Ailəsi == Mirzə Əbülqasim Əli adlı oğlu vardı.