Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qış sarayının Feldmarşallar zalı
Feldmarşallar zalı (rus. Фельдмаршальский зал) - Sankt-Peterburqdakı Qış sarayında Neva enfiladasına açılan böyük zaldır. Zal Rusiya feldmarşallarının şərəfinə inşa edilmişdir. == Tarixi == Zal 1833—1834-cü illərdə memar Oqüst Monferranın layihəsi əsasında inşa edilmişdi. 1834-cü ildə zalda inşaat işləri tamamlandıqdan sonra, onun divarlarında Rusiya feldmarşallarının portretləri asılmışdı:P.A. Rumyantsev-Zadunayski (F.Rise), Q.A. Potyomkin (A. Viqi), A.V. Suvorov (N.S.Froste), M.İ.Kutuzov (P.Basin), İ.İ.Dibiç-Zabalkanski (P.Basin), İ.F.Paskeviç-İrəvanski (F.Krüger). Portretlər zaldakı yeddi nişdən altısında yerləşdirilmişdi. 17 dekabr 1837-ci ildə Qış sarayında baş vermiş və 30 saat ərzində nəhəng sarayı məhv etmiş yanğın məhz bu zaldan başlamışdı.Birinci dünya müharibəsi zamanı Feldmarşallar zalı Hospital palatası kimi istifadə olunmuşdu. 1917-ci ildən sonra zaldakı bütün rəsmlər çıxarılmış və ölkənin muzeylərinə paylanmışdı. 2004-cü ildən etibarən əsərlərin yenidən zala qaytarılmasına və bərpasına start verilmişdir. 2012-ci ilin martında uzun müddət fasilədən sonra bütün əsərlər yenidən zalda öz yerini tutmuşdur.